Belqradın fəthi (rəsm)

Belqradın fəthiSerbiyanın ilk məşhur qadın rəssamlarından və romantizm cərəyanının nümayəndəsi olan Katarina İvanoviçin yağlı boya rəssamlığına aid əsəri. 1844 -1845-ci illərdə yaradılmış bu rəsm əsərində, serb üsyanı nəticəsində 1806-cı ilin sonlarında Belqradın serblər tərəfindən tutulması təsvir edilir.

Belqradın fəthi
serb. Osvajanje Beograda
Rəssam Katarina İvanoviç
Tarixi 1844-1845
Üslubu Tarixi rəsm
Texnikası Yağlı boya rəssamlığı
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Serbiya Milli Muzeyi
İnventar nömrəsi 31-413

İvanoviç, Münhen Akademiyasında təhsil alarkən Serb xalqının tarixi adlı kitabla tanış olur və bundan sonra belə bir rəsm əsərini yaratmaq qərarına gəlir. Rəsm, Belqradın incəsənət tənqidçiləri tərəfindən xoş qarşılanmır. İncəsənət tarixçisi Lilien Filipoviç-Robinson bunun zəif kompozisiya və məkan konstruktivliyi ilə əlaqədar olduğunu bildirdi. 1870-ci illərdə İvanoviçin əsərləri Serbiyada, demək olarki, unudulmuşdu. Belqradın fəthi 1874-cü ildə İvanoviçin Tarixi Portretlər Qalereyasına təqdim etdiyi dörd əsərdən biri idi. Bu dövrdə, qalereya Serbiya Milli Muzeyinin əsasını təşkil edirdi. Rəsm hal-hazırda Milli Muzeydə nümayiş etdirilir.

Arxa plan[redaktə | mənbəni redaktə et]

Serb mədəniyyət tarixi üzrə ixtisaslaşmış elm xadimi David A. Norrisə görə, XIX əsr Serbiyanın siyasi vəziyyəti təsviri incəsənətin inkişaf etdirilməsi üçün uyğun deyildi. Ləvazimatların gətirilməsi çətin idi, studiya və sərgi üçün yerlər yox idi, rəssamlara maddi kömək edilmirdi və rəsm əsərləri hazır olduqdan sonra onları ala biləcək incəsənət himayədarları yox idi. XIX əsrin birinci yarısında serb təsviri incəsənəti yalnız kilsə divarlarını bəzəmək, simvollar və digər dini təsvirlərin yaradılması ilə əhatə olunmuşdu. Avstriya imperiyasında yaşayan Uros Knezeviç və Yovan Popoviç kimi Serbiyadan xaricdə yaşayan bəzi serb mirası rəssamları var idi.[1]

Bu rəssamlardan biri də 1811-ci ildə (və ya 1817-ci il) Sekeşfexervarda doğulan və ilk məşhur serb rəssamlarından olan Katarina İvanoviç idi. 1835-ci ildə Sekeşfexervardan ayrılır və Jozsef Peskidən rəsm sənətini öyrənmək üçün Budapeştə gedir. 1835-ci ildən etibarən Budapeştdə yaşayır. Həmin il özünə baron Çzaçki adında bir himayədar tapır. 1835-ci ilin sonlarında baron, İvanoviçin Vyanaya köçməsini maliyyələşdirir. O dövrdə, qadınların Təsviri İncəsənət Akademiyasına qəbul edilmədiyinə görə, İvanoviç fərdi şəkildə dərs alır. Bəzi elm xadimləri, onun Ferdinan Georq Valdmüllerdən təhsil aldığını söyləsələr də, İvanoviçin Vyanada olduğu zamanki qeydləri müharibə və digər səbəblərə görə gəlib çatmamışdır.[2]

Təsvir və tarix[redaktə | mənbəni redaktə et]

Yağlı boya rəssamlığına aid olan Belqradın fəthi[a] əsərinin ölçüləri 157 və 188.5 sm-dir.[3] Rəsm əsərində serb üsyanı nəticəsində 1806-cı ildə şəhərin üsyançılar tərəfindən tutulması təsvir edilmişdir.[4] Şəhərin alınması üsyanın əsas uğurlarından biri idi.[5]

İvanoviç 1840-cı ildə Vyananı tərk edir və Çzaçkinin himayədarlığı ilə Münhen Akademiyasında çalışmağa başlayır.[6] Araşdırmalar İvanoviçin Belqradın fəthi əsərini burada olan zaman yaratdığını göstərir. 1873-cü ildə yazdığı yazıda bildirir:

" Münhen Akademiyasında təhsil aldığım zaman serb xalqının tarixini oxumağa başladım. Mirkonun cəsur döyüşünü kanvas üzərində təsvir etmək istədim. Yoldaşlarından yeddi nəfər ilə gecə müsəlmanlar Ramazan bayramını qeyd etdiyi, heç kimin təhlükə hiss etmədiyi vaxtda şəhərə girməyi bacarırlar. Mirko və yoldaşları şəhər qapısındakı mühafizəçiləri öldürürlər. Silahdan atəş açmaq digərləri üçün işarə idi.[5] "

İvanoviç Belqrada gedir, döyüş olan yeri ziyarət edir, Belqradın tutulmasında iştirak edən bir neçə nəfərlə danışaraq, onlardan dövrün silahlarını və geyimlərini öyrənir. Rəsm əsərini 1844-1845-ci illərdə[5] Belqradda olduğu zaman yaradır.[4]

Miras[redaktə | mənbəni redaktə et]

Teodor Jerikotun müəllifi olduğu "Meduzanın salı" rəsm əsəri. 1818 - 1819-cu illər

"Belqradın fəthi" əsəri incəsənət tarixçisi Lyubika D. Popoviçin 1842-ci ildən 1847-ci ilə qədər davam edən İvanoviçin ikinci mərhələsi olaraq adlandırdığı dövrə aid olan tək tarixi əsərdir. Rəsm, Belqrad tənqidçiləri tərəfindən xoş qarşılanmır. Popoviçə görə "əsər kompozisiya və məkan konstrutivliyi olaraq zəif olsa da, rəngkarlıq baxımından olduqca maraqlıdır.[4] İncəsənət tarixçisi Zarko Domlyan, bu dövrün İvanoviçin karyerasında önəmli mərhələ olduğunu və onun səhnə şəkillərinin keyfiyyətində azalma gördüyünü bildirir.[7] Əsərlərinin Serbiyada alınmaması İvanoviçin, Serbiyadan ayrılması ilə nəticələnir.[8]

Digər bir incəsənət tarixçisi Lilien Filipoviç-Robinson, rəsm əsərini müasiri olan Teodor Jerikotun yaratdığı "Meduzanın salı" (1818-1819) əsəri ilə müqayisə edir.[5] Bu texnika romantizm ənənəsinə sahib olmayan və digər rəssamların, xüsusilə də Fransa rəssamlarının yaratdığı əsərlərdən istifadə edən Serbiya incəsənət texnikasının bir nümunəsidir. Filipoviç-Robinson əsəri "yüksək teatral, emosional və sərt romantizm ruhlu əsər" kimi təsvir edir.

" Əsərdəki qarışıqlıq, kəsişən təsvirlər, tenebrizm və tünd rənglənməni azaldaraq" o, fransız romantizm cərəyanının nümayəndələri Jerikot və Antuan-Jan Qrodan fərqli olaraq, o daha çox Yevgeni Delkruaya bənzəyir.[9]
Filipoviç-Robinson
"

Həyatının son dövrlərində İvanoviç çox az rəsm əsəri çəkir və 1870-ci illərdə Serbiyada onun tamamən unudulduğu bildirilir. 1876-cı ilin iyulunda o, sonradan Serbiya Kral Akademiyası adlanan və adətən Serbiya Elm və İncəsənət Akademiyası kimi bilinən, Serbiya Təhsil Cəmiyyətinin fəxri üzvü olur. O, 1882-ci ilin sentyabrında Sekeşfexervarda vəfat edir.

Nümayiş etdirilmə[redaktə | mənbəni redaktə et]

1874-cü ildə İvanoviç dörd rəsm əsərini, sonralar Serbiya Milli Muzeyi adlanacaq Tarixi Portretlər Qalereyasına təqdim edir. Bu əsərlərdən biri də "Belqradın fəthi" əsəri idi.[10] Əsər Milli Muzeydədir və inventar nömrəsi 413-dür.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Qeydlər
  1. serb. Osvajanje Beograda; serb-kiril Освaјaнјe Беoгрaдa. Həmçinin 1806-cı ildə Belqradın tutulması[3]1806-cı ildə Belqradın azad edilməsi kimi tərcümə edilir.[4]
İstinadlar
  1. Norris, 2008. səh. 78
  2. Popovich, 1980. səh. 17–18
  3. 1 2 3 Damnjanović, Merenik, 2004. səh. 217
  4. 1 2 3 4 Popovich, 1980. səh. 21
  5. 1 2 3 4 Filipovitch-Robinson, 2002. səh. 363
  6. Popovich, 1980. səh. 19
  7. Domljan, 1984. səh. 657
  8. Popovich, 1980. səh. 22
  9. Filipovitch-Robinson, 2002. səh. 364
  10. Popovich, 1980. səh. 23