Belqradda nəqliyyat — bir meqalopolis kimi şəhər inkişaf etmiş bir yol şəbəkəsinə sahibdir. Hansı ki, müxtəlif növ dövlət və özəl nəqliyyat vasitələrinə malikdir. Belqradın ictimai nəqliyyatına avtobuslar (118 şəhər xətti və 300-dən çox şəhərətrafı xətt), tramvay (12 xətt) və trolleybus (8 xətt)[1] daxildir.
Belqrad bu gün tıxacları ilə məşhurdur. Çünki yol şəbəkəsi şəhərin ehtiyaclarını ödəmək üçün kifayət qədər inkişaf etməmişdir. Körpülərin çatışmazlığı problemi özünü qabarıq şəkildə göstərir. Belqrad bir neçə milyon əhaliyə sahib yeganə Avropa şəhəridir ki, bir metro sistemi yoxdur.
Şəhərin ictimai nəqliyyatına avtobus, tramvay və trolleybuslar daxildir. Bununla belə şəhərdə yüngül dəmir yolu xəttinin çəkilişi planlaşdırılır. Ancaq bu layihənin gerçəkləşdirilməsinə belə başlanılmamışdır. Beləliklə Belqradda xüsusi ilə günortadan sonrakı pik saatlarda tıxaclardan əziyyət çəkir.
Nəqliyyat vasitələri yerli ictimai nəqliyyat şirkətlərinə məxsusdur ("Belqrad" ŞNŞ)[2] hansı ki, onlar yalnız avtobus daşımaları ilə məşquldur. Nəqliyyat biletlərini şəhərin istənilən köşkündən almaq olar. Tək bir bileti sürücüdən daha yüksək qiymətə almaq mümkündür və girişdə dərhal geri qaytarılmalıdır. Ayrıca aylıq biletlər də vardır ki, onlarla ay ərzində limitsiz sayda səyahət etmək imkanı verilir.
Avtobus xəttlərində 8 əsas daşıyıcı xidmət göstərir:
"Belqrad" ŞNŞ aid avtobuslar əhali tərəfindən "şəhər" və ya "dövlət" avtobusları adlandırılır. 1990-cı illərin ortalarına qədər, digər özəl daşıyıcılar rəsmi olaraq ortaya çıxdıqda bu şirkət ictimai nəqliyyatda yeganə şirkət idi. Şəhər səviyyəsində 141 gün və 27 gecə xətti vardır. Gecə xəttləri yalnız "özəl" avtobuslarla idarə olunur.
Belqrad küçələrində ilk tramvay xətti 1892-ci ildə peyda olur. Hazırda 11 tramvay və 7 trolleyvus xətti mövcuddur. Bu xəttlərdə xidməti "Belqrad" ŞNŞ həyata keçirir.
2007-ci ildə şəhərdə yeni nəqliyyat vastəsi olan mikroavtobuslar peyda olur. Bugünkü gün şəhərdə 7 xətt mövcuddur.
Yüngül relsli sistem və ya yüngül metro, bahalı klassik metro sisteminə alternativ olaraq qəbul edilmişdir. Rəsmi adı: Belqrad yüngül metrosu. Şəhər mərkəzi ilə üç xətt çəkmək planlaşdırılır. Araşdırmalar göstərir ki, bu layihənin potensialı bu ölçülü bir şəhər üçün kifayət deyildir.
1 sentyabr 2010-cu ildə şəhər qatarları istifadəyə verilmişdir. İlk əvvəllər Yeni Belqrad və Pancevski körpüsü stansiyaları arasındakı dəmir yolu istismara verilmişdir. 15 aprel 2011-ci ildə xəttə Zemun və Bataynisa rayonlarıda daxil edilir. Bununla da istifadəyə verilən xəttin ümumi uzunluğu 23 km təşkil edir[3]. Bu şəhər nəqliyyatının ötürmə qabiliyyəti 1 saat üçün 2700 sərnişindir.