Ben-Qurion adına Beynəlxalq Hava Limanı — Lod şəhərinin ətrafında və Təl-Əvivdən 15 kilometr cənub-şərqdə yerləşən İsrailin ən böyük beynəlxalq hava limanının adıdır. Bu hava limanı İsrailin ilk baş naziri David Ben-Qurionun adını daşıyır. Ben Qurion adına Beynəlxalq Hava Limanı El Al Airlines-ın əsas yeridir. 2009-cu ilin aprelində Ben-Qurion aeroportu rəsmiləri tərəfindən elan olundu ki, Ben Qurion Beynəlxalq Hava Limanının xarici uçuşlar üçün üç nömrəli terminalda tezliklə Kaşrut qaydalarına əsaslanan Koşer yeməkləri üçün restoran açılacaq. İsrail Hərbi Hava Qüvvələrinin 27-ci eskadronunun bazası bu hava limanında yerləşir.
Ben Qurion adına Beynəlxalq Hava Limanı | |
---|---|
32°00′34″ şm. e. 34°52′58″ ş. u.HGYO |
|
IATA: TLV – ICAO: LLBG | |
Ölkə | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |