Ben Sargeant

Ben Sargeant (tam adı: Benjamin Allan Sargeant) — bass gitarist

Həyatı[redaktə | mənbəni redaktə et]

1975-ci ilin 22 Avqustunda İngiltərənin paytaxtı London şəhərində anadan olub. 10 yaşından bass gitarada dərslər almağa başlayıb. 12 yaşında olarkən musiqi müsabiqələrinin birində 1-ci yeri tutur. 17 yaşında olarkən isə Kolleclər arası keçirilən yeniyetmələrin rok müsabiqəsində qatıldığı qrupla birgə ən yüksək mükafata layiq görülür. 25 yaşından tam peşəkar səhnəyə qədəm qoyur. Sting ilə birgə konsertlərdə bass gitarist kimi ona eşlik edir. Daha sonra isə The Police rok qrupu ilə çalışmağa başlayır. Onlarla birgə konsertlərdə və studiyada köməkçi bass gitaristçilik edir.

Daha sonra müxtəlif səbəblərdən The Police qrupundan ayrılır. Beləliklə, o, 2008-ci ildən başlayaraq The Script rok qrupu ilə çalışmağa başlayır. Həm studiya, həm də konsertlərdə onlarla birgə yer alır. Hal hazırda da The Script ilə işləyir. Onlarla birgə 3 albomun çıxışında pay sahibidir. Ben Sargeant həm də bəstəkardır.