Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir.[1]
Benni Benson | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Çiqnik, Alyaska ABŞ |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Kodiak, Alyaska |
Vəfat səbəbi | ürək tutması |
Uşaqları |
Anna Mey Benson Şarlotte Abot Benson |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | tələçi[d], mexanik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi[2] isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi.[3] Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür.[4]
1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı. 1938-ci ildə Benson Betti Van Hise ilə evləndi. Cütlüyün ilk övladı Anna Mey 1938-ci ilin okytabrında doğuldu. Onların ikinci qızı Şarlotte Abbot isə 1940-cı ilin iyununda dünyaya gəldi. Benson 1950-ci ildə ayrılaraq iki qızı ilə birlikdə Kodiak şəhərinə köçərək burada Kodiak Airways şirkətində təyyarə mexaniki kimi çalışmağa başladı.[5]
Benni bacısı ilə 30 illik ayrılıqdan sonra 1950-ci illərin ortalarında görüşdü. Sonra tezliklə bacısı vəfat etdi. Onun qardaşı Karl isə 1965-ci ildə vəfat etdi. 1969-cu ildə zədə səbəbilə Benninin sağ ayağı amputasiya edilmişdir. Bundan qısa müddət sonra 1972-ci ildə vaxtı ikən Cessi Li evində yaşamış Anna Sofi Cenks ilə tanış oldu və evləndi. Benni, 58 yaşında Kodiakda ürək tutmasından vəfat etdi.[6]
Alyaskanın ştat stutusu almasından 30 ildən çox öncə, Amerikan Legionun Alyaska Departamenti 7–12 yaş arası uşaqlar üçün yarışma təşkil etdi.[7] Benninin dizaynı Alyaska Ərazisinin gələcəyini təmsil etmək üçün seçildi. O zamana qədər, Alyaska 1867-ci ildə Rusiyadan alınandan sonra orada yalnız ABŞ bayrağı dalğalanırdı. Onun dizaynı 7–12 yaş arası uşaqların təqdim etdiyi 700-dən çox nümunənin arasından qalib seçildi. Digər namizədlər isə əsasən bayraqda əraziyə məxsus suiti, gecəyarısı günəşi, qütb işıqları, qütb ayıları və qızıl axtaran qablar təsvir etmişdilər. Bu uğuruna görə Benni 1000 $ pul mükafatı, oymalı saat və Vaşinqtona səyahət şansı qazandı.[8]
Benni öz dizaynına daxil olan simvollar üçün səmaya baxdı. Tanış bürclərin seçimi sırasında o, qaldığı yetimxanada yatmazdan öncə hər gecə səmanı izləyirdi ki, o, dizayn ilə bağlı belə bir açıqlamanı verdi:
Göy sahə Alyaska səması və Alyaska çiçəyi olan Məni unutma kimi adlanan çiçəyi əks etdirir. Ən yuxarıda yerləşən qütb ulduzu Alyaskanın gələcək durumununu bildirir. Aşağıdakı ulduzlar isə Böyük ayını əks etdirir ki, bu da gücü işarə edir. |