Benzin — neftdən emal edilən bir növ yanacaq.
150 °C'a qədər xam benzin, 150-250 °C'a qədər qaz yağı, kerosen, reaktiv yanacağı, 250-350 °C'a qədər dizel yanacağı, 350 °C sonra da ağır yağlar əldə edilir. Kimyəvi olaraq benzin xam neftin xüsusiyyətinə bağlı olaraq 120-dən çox karbohidrogen ehtiva edər. Bunların çoxu doymuş karbohidrogen quruluşunda olub, 4'den 12-ə qədər karbon ehtiva edərlər.Sintetik olaraq benzini Alman kimyaçı Bergius'un metodu ilə kömürdən əldə etmək mümkündür. Bu metoda görə kömür yüksək təzyiq altında katalitik hidrojenasyon ilə maye hidrokarbonlara çevrilir
qaynama temperaturu 30-dan 200 °C-dək olan yüngül karbohidrogen yanacaq. Sıxlığı 0,75 q/sm³ qədər. İstilik yaratma imkanı 10500 kkal/kq (46 MC/kq, 34,5 MC/litr). Donma temperaturu -60 °C.
DÜİST 2084-77 üzrə benzin markaları: A-72, A-76, Aİ-93, Aİ-92, Aİ-95 (Ekstra), Aİ-98. A hərfi benzinin avtomobil benzini olduğunu göstərir. Rəqəm isə benzinin malik olduğu oktan ədədidir. İ hərfi isə oktan ədədinin tədqiqat üsulu ilə müəyyən olduğunu bildirir.
A-72 benzini katalitik krekinq benzinlərinin əsasında birbaşa emal və termiki krekinq benzinini əlavə etməklə hazırlanır.
A-72 benzini katalitik krekinq və katalitik riforminq benzinlərinin əsasında və 15-30% birbaşa emalın yüngül benzini və müəyyən qədər termiki krekinq benzini əlavə etməklə hazırlanır. Yüksək oktanlı komponentlərin (alkilbenzin, toluol) əlavə olunması və eləcə də etil mayesinin köməyi ilə oktan ədədi 76 vahidə qədər yüksəldilir.
Aİ-93 benzini yumuşaq rejimli katalitik riforminq (45-80%) benzini əsasında 10-15% toluol və 8-10% alkil benzin, həmçinin butan-butilen fraksiyasını (5-7%) əlavə etməklə hazırlanır. Bu, etil mayeli benzin adlanır. Etilsiz Aİ-93 benzini də vardır ki, bu benzin sərt rejimli katalitik krekinq benzini (70-75%) əsasında, 25-28% alkilbenzin və izopentan və 5-7% butan-butilen fraksiyası əlavə etməklə hazırlanır.
Yüksək sinifli minik avtomobillərinin mühərriklərində “Ekstra” benzini də tətbiq olunur. Bu benzinin oktan ədədi 95-dir. Etilsiz benzindir. Fiziki-kimyəvi göstəricilərinə görə Aİ-93 və Aİ-98 benzinləri arasında mövqe tutur.
Aİ-95 (Ekstra) – antidetonasiya aşqarlı benzinlərdir. Yüngül distillatların katalitik krekinqdən alınmış benzindən və aromatikli izoparafin komponentli qaz benzinlərinin qarışığından alınır. Keyfiyyətcə bu markalı benzin Avropa benzinlərinə yaxın olsa da tərkibində qurğuşunun olmaması onun daha yüksək keyfiyyət göstəricisidir.