Berd çayı[1] — Rusiyanın Altay diyarı ərazisindən axan bir çay. Ob çayının sağ qolu. Çayın uzunluğu 363 km, hövzəsinin sahəsi 8650 km² -dir. Orta illik su sərfi 45,8 m³/s təşkil edir. Noyabrın əvvəlindən aprelin ortasına qədər buz bağlayır. Berd çayı üzərində şəhər tipli qəsəbə olan Maslyanino və İskitim, Berdsk şəhərləri vardır. Berd hidroniminin mənşəyi haqqında inandırıcı izah yoxdur[2]..
Berd çayı | |
---|---|
rus. Бердь | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 440 m |
Mənsəbi | Ob çayı |
Uzunluğu | 363 km |
Su sərfi | 45,8 m³/s |
Hövzəsinin sahəsi | 8650 km² |
|
|
DSR[rus.] | 13010200512115200004428 |
Vikianbarda əlaqəli mediafayllar |
Berdin mənbəyi Salair dağ silsiləsində, 440 m yüksəklikdə, Kemerovo vilayəti və Altay diyarının sərhəddində yerləşir. Çayın əksər hissəsi Novosibirsk vilayətindən axır. 1959-cu ildən bu yana çay Novosibir su anbarının Berd körfəzinə tökülür. Onun qurulması zamanı çay vadisinin 40 km ərazisi genişlənmiş Berd körfəzini əmələ gətirmişdir.
Çay hövzəsinin sahəsi 8650 km²-dir. Mənsəbdən 40 km məsafədəki İskitimdə orta aylıq su axını 45,8 m /s təşkil edir. Su anbarına girmədən əvvəl Berdin eni 75 m, dərinliyi 1.7 m və axın sürəti 0.5 m / s-dir. XX əsrin 90-cı illərinə qədər mənsəbdən 35 km məsafədə naviqasiya üçün əlverişli idi.
Berd çayının suyu suvarma, içməli və sənaye su təchizatı, eləcə də Novosibirsk vilayətinin sıx məskunlaşdığı iki ərazinin - Maslyaninski və İskitimskinin istirahəti üçün fəal istifadə olunur. Nəticədə çay əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalırlar. Məsələn: 1994-cü ildə Berd körfəzinin sularında fenolların konsentrasiyası icazə verilən normadan 16 dəfə, neft məhsullarının həcmi isə 5 dəfə artıq olmuşdur. Əsas çirklənmə mənbələri hidrotexniki tikinti, sahillərində həddindən artıq otarılma, sahil bitkilərinə ziyan vurması, həmçinin kənd təsərrüfatı və sənaye çirklənməsi səbəbindən sahil eroziyadır[3].
Berd çayı ilə İskitimə getmək mümkündür, amma praktikada naviqasiya yalnız Berd körfəzi daxilində aparılır. Berd çayının özü isə ancaq meşə tədarüşü üçün məhdud istifadə olunur.
Şadrixa, Koyon, Talmenka, Çornaya, Koynixa, Şipunixa, Çesnokovka, Udriç, Elbaş, Kamenka, İçok, İk, Vıdrixa, Kinterep, Suxaya Kamenka, Talitsa, Ukrop, Kamenka, Payvixa, İzırak, Mostovka, Strelna, Kurya, Barsuçixa, Böyük Filimonixa, Şemonayka, Zıryanka, Tomka, Zayçixa, Yelban, Suenqa, Matryonka, Matveevka, Anfimov Moçek, Berezovaya, Pavlovka, Talitsa Krivaya, Petruşixa, Talovka, Kalanka.
Rusiyanın dövlət su reyestrinə görə, Verxneobsk Hövzə Bölgəsinə aiddir. Çay hövzəsi - (Yuxarı) Ob, İrışın birləşməsinə qədərdir[4].