"Berlin-Baku-Galeri" — Berlində sərgi salonu.[1] Bakıdakı "Qız qalası" rəsm qalereyasının Berlindəki filialıdır. Rəhbəri tanınmış rəssam İbrahim Əhraridir.
Bu qalereya 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycan mədəniyyətinin təbliği baxımından qalereyanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Burada bir çox Azərbaycan və alman rəssamının sərgisi keçirilmişdir.[1]