Bernhard Klodt

Bernhard Klodt (26 oktyabr 1926[1], Helzenkirxen, Prussiya[d]23 may 1996, Qarmiş-Partenkirhen, Bavariya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu.

Futbolçu karyerası[redaktə | mənbəni redaktə et]

Klub karyerası boyunca Klodt əsasən "Şalke 04"-də oynamışdır.[2] 17 yanvar 1943-cü ildə 16 yaşında 6–2 qələbə hesabı ilə bitən "Vestfaliya Herne" klubu ilə oyunda əsas heyətdə debüt etdi və qol müəllifi oldu.[3]

Klodt karyerasını 1963-cü ildə Bundesliqanın başlaması ilə 36 yaşında başa vurdu. Son oyununda, "Şalke"nin 18 iyun 1963-cü ildə Bolqarıstan millisinə 1-0 hesabı ilə qalib gəldiyi tək qolu vurdu.[4] O, Oberliqa Vest çempionatında 330 oyuna 129 qol vurmağı bacarmışdır.[2]

1950-1959-cu illər arasında Klodt 19 dəfə Almaniya milli futbol komandasının formasıyla meydana çıxdı və üç qol vurdu.[5] O, 1954 FİFA Dünya Kubokunu qazana heyətin üzvü idi və 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir.

1954 Dünya Kuboku zamanı Klodt Helmut Ran əvəzinə sağ kənar mövqede oynayırdı. O, Türkiyəyə qarşı hər iki oyunda iştirak etdi. Hər iki oyunda da kifayət qədər yaxşı oynasa da, Zepp Herberger Yuqoslaviya ilə dörddəbir finalda onu Ranla əvəzləməyə qərar verdi. Herbergerin qərarı əvvəlcə mətbuat tərəfindən birmənalı qarşılanmadı, ancaq Ran Yuqoslaviyaya qol vurduqdan sonra Klodt komandandan xeyli kənarda qaldı. Herbergerin qərarının əsasını Ranın qeyri-ənənəvi oyun üslubu və zərbə texnikası ilə oyunda geridönüşüm etmək üçün digər oyunçulardan daha çox inandırıcı olması təşkil edirdi. Randan fərqli olaraq Klod daha çox komanda oyunçusu sayılırdı və fərdiq keyfiyyətləri o qədər də təsiredici deyil idi.[4]

Futboldan sonra[redaktə | mənbəni redaktə et]

Futbol karyerası bitəndən sonra Klodt "Şalke"nin gənclər komandasını çalışdırdı və pivə zavodunda satıcı kimi işləyirdi. 1990-cı ildə infarkt və insult keçirəndən sonra sağ tərəfi iflic oldu.[4]

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Şalke 04

  • Almaniya çempionatı: 1958

Milli[redaktə | mənbəni redaktə et]

Qərbi Almaniya

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bernhard Klodt // Transfermarkt (çd.). 2000.
  2. 1 2 "Berni Klodt » Club matches". worldfootball.net. 2020-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  3. FC Schalke 04. Königsblau: Die Geschichte des FC Schalke 04. Die Werkstatt. 2015. ISBN 978-3-7307-0204-8.
  4. 1 2 3 Bitter, Jürgen. Deutschlands Fußball Nationalspieler (German). Sportverlag. 1997. səh. 241f.
  5. Arnhold, Matthias. "Bernhard 'Berni' Klodt - International Appearances". RSSSF.com. 25 February 2021. 24 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2021.