Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır.
BERNİ | |
---|---|
Bernie | |
Janr | Faciəvi Komediya |
Rejissor | Alber Düpontel |
Əsərin müəllifi | Gil Lorent |
Ssenari müəllifi | Alber Düpontel |
Baş rollarda |
Klod Peron Alber Düpontel Roland Blanş Elen Vinsan Roland Bertin Pol Le Person |
Operator | Gilyem Şifman |
Bəstəkar | Ramon Pipin |
İstehsalçılar |
Canal+ Contre Prod |
İlk baxış tarixi | 27 Noyabr, 1996, Fransa |
Filmin növü | Bədii film |
Müddət | 87 dəq. |
Ölkələr | Fransa |
Dil | Fransızca |
İl | 1996 |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Paris, Fransa İspaniya |
IMDb | ID0115658 |
Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.