Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət.
Best Buy | |
---|---|
Best Buy | |
Ümumi məlumatlar | |
Tipi | Texnoloji supermarketlər şəbəkəsi |
Sənaye | pərakəndə |
Məhsulu | elektron qurğular |
Təsis tarixi | 1983 |
Baş qərargahın yeri | ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 50,7 mlrd. ABŞ dolları (2012-ci il) |
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 167,000 (2012 İyul) |
Bestbuy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
"Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir.
Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.