Beyin yarımkürələrinin funksiyaları

İlkin anlayış

[redaktə | mənbəni redaktə et]

İnsanlar arasında formalaşmış fikirə görə sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. İlk olararaq demek olar ki bu sahədə aparılan tədqəqatlar müxtəlif alimlər tərəfindən müxtəlif cür səsləndirilir. Bu tədqiqatlarda alimlərin gəldikləri nəticələr son zamanlar texnalogiyanın inkşafı ilə əlaqədar olaraq dahada genişlənib. Beyin hissələri üzərində aparılan araşdırmalar əvvəlki araşdırmaları ziddiyətli çıxmağa başlayır. Bu sahədə araşdırma aparmış alimlərdən Robert Ornsteyn, Jeff Anderson, Anna Abraham, Mark Beeman, Adam Bristol, Kalina Christoff, Andreas Fink, Jeremy Gray, Adam Green, Rex Jung, John Kounios, Hikaru Takeuchi, Oshin Vartanian, Darya Zabelina adlarını çəkmək həmçinin Utah Universitetinin nevroloqlarını bildirmək olar. Beyinin doğurdanmı sol yarımkürəsi dillər, Riyazıyyat, məntiq ,ağıl, grammatika, təhlil və yazı , sağ yarımkürə isə rəng qavrayışı, musiqi, təxəyyül, xətyal etmə, planlaşdırma, ritim hissi və yaradıcılıq kimi hissələrə bölünür. Bu alimlərin apardıqları araşdırmalarada ilk olaraq Robert Ornsteyn, araşdırmasına baxaq.[1][2]

Robert Ornsteyn tədqiqatları

[redaktə | mənbəni redaktə et]
Beyin Paylarının funksiyalara görə göstərilməsi. Robert Ornsteynin tədqiqatlarında yarımkürələrin dominantlığı.Sol beynin - məntiq, riyazi, praktik, analitik, dillər, təhlil və yazı, sağ beynin isə- musiqi, ritim hissi, rəng qavrayışı, xəyal etmə, təxyyül və zövqə malik olduğu bildirilirdi.

Kaliforniya Universitetinin Professoru Robert Ornsteyn bu sahədə apardığı araşdırmada beyinin hər iki tərəfinin müxtəlif funksiyalara malik olub olmadığını praktiki olaraq gösdərdi. O araşdırmasında bildirdi ki beyinin sol tərəfi zədələnərsə bədənin sağ hissəsi, sağ hissə zədələnərsə bədənin sol hissəsi iflic olur. Robert Ornsteyn beyinin hər iki tərəfinin birlikdə işlədiyi bildirərək identik beyin fərziyyəsindən çıxış etdi. O beyin hissələrinin hansı funksiyaları yerinə yetirdiyini öyrənmək üçün öz tələbələri ilə birlikdə tədqiqatlara başladı. Müxtəlif tələbələrini müxtəlif sahələrədə sınayaraq onların beyinlərinin hansı hissələrinin aktiv olduğunu müşahidə etdi. Bunun üçün xüsusi aparatdan istifadə edirdi. Məktub və inşa yazmaq, kubikləri düzəltmək, riyazı məssələəri həll etmək, məntiqi təhlil və xəyal etmək kimi mxütəlif sahələrə beyin dalğalarını izlədi. Belə nəticəyə gəldi ki, sol beyin yarımkürəsi Riyazıyyat, məntiq ,ağıl, grammatika, təhlil və yazı, sağ tərəf isə rəng qavrayışı, musiqi, təxəyyül, xətyal etmə, planlaşdırma, ritim hissi və yaradıcılıq kimi funksiyalara ayrılır.[3]

Onun araşdırmalarında oda müəyyən olunmuşdur ki insan beyninin hansı hissəsini daha çox işlədirsə həmin hissə də daha fəal olur. Lakin işlədilməyən hissələr isə geddikcə zəyifləyir. Ona görə də uşaqları böyüdərkən onların müxtəlif sahələrdə beyinlərinin inkşaf etdirilməsinə diqqət yetirilir.

Yeni araşdırmalar

[redaktə | mənbəni redaktə et]

Anna Abraham, Mark Beeman, Adam Bristol, Kalina Christoff, Andreas Fink, Jeremy Gray, Adam Green, Rex Jung, John Kounios, Hikaru Takeuchi, Oshin Vartanian, Darya Zabelina kimi alimlərin tədqiqatları:

Alimlərin fikrincə yaradıcılıq insan beyninin tək bölgəsində ya da tək bir hissəsində olması fikri doğru deyildir. İnsan beynin yaradıcılığın hansı dövründə və hansı yaradıcılıqla məşğul olmasından aslı olaraq beyinin mütəlif bölgələri fəaliyyət göstərir. Beyinin müxtəlif bölgələri - həm sağ həm də solda yerləşən hissələr qarşıya qoyulan məsələni tam olaraq yerinə yetirmək üçün birlikdə fəaliyyət gösdərir. Görülən işlərdən aslı olaraq beyinin müxtəlif hissələri bu işdə aktivlik gösdərir. Misal olaraq demek olar ki gözümüzlə hər hansısa həcmi ölçmək və bunu anlamaq beyinin dorzal (arxa) hissəsi aktivləşir. Bu hissə isə müxtəlif hissələr ilə əlaqədədir:beyinin daxili divar girintiləri (intraparyetal sulkus), frontal göz hissələri. Əgər görülən iş dillə bağıldırsa bu zaman : beyinin səsə nəzarət edən Broca bölgəsi, danışıqları anlamağa nəzarət edən Wernicke bölgəsini gösdərmək olar.

Yaradıcılıq qabiliyyətinə diqqət etdikdə görmək olar ki bu sahənin 3 önəmli hissəsi meydana çıxır. Bunlar: diqqəti mərkəzə yönəltmək ( yürüctücü diqqət Şəbəkəsi ), Xəyal şəbəkəsi və diqqət şəbəkəsidir.

Görüləcək bir işin , həll olunacaq bir problemin, riyazi bir məsələnin ya da hər hansısa bir çətinliyin aradan qaldırılması üçün  bir müddətlik ( çox zaman qısa bir müddət) beyin bütün diqqərini bir mərkəzə ya da hər hansısa bir məsələyə yönəldir. Bu zaman beyinin yürütücü diqqət şəbəkəsi aktiv fealiyyətə keçir . Bu şəbəkə isə beynin alın lobunda yerləşən profrontal korteksin yan və xarici hissələri yəni lateral hissəsi ilə əlaqə yarada bilir.

Xəyal şəbəkəsi adlandırdığımız düşüncə forması insanların keçmişdə, indiki zamanda və ya gəlcək proseslərdə hadisələrin fərqli düşünülməsi keçmiş ya da indiki məsələlərə alternativ formada yanaşma kimi simulyasiyaların bol olduğu bir alandır. Xəyal  şəbəkəsi insanların daha xəyalpərəst, fərqli və ya çox zamanda  özlərinə sərf edən formada qurduqları simulyasiyalardir.

Diqqət şəbəkəsi həyatda baş verən prosesləri izləyir və bu proseslərin həlli yolunda hansı istiqamətin və hansı məlumatın qarşıya çıxan məsələnin həll yoluna daha uyğun və daha doğru olduğunu müəyyənləşdirərək onu qəbul edir.[4]

Jeff Andersonun tədqiatalarında Maqnit Rezonans texnikası ilə çəkilən rəsimlər.Bu rəsimlərə əsasən beyinin hansı hissəsinin qarşıya qoyulan məsələnin həlli üçün daha fəal olduğu müəyyən olunmağa çalışılırdı.

Utah Universiteti tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Utah Universitetinin alimləri 2 ilə yaxın araşdırma aparması nəticəsində müəyyən etdilər ki ,insan beyninin her iki tərəfindən birinin dominantlığı yəni hər hansı bir yarımkürənin digərinə nisbətdə yaxşı işləməsi vu bu tərəfin insan üzərində üstün olmasının doğru olmadığı bildirilir. Mindən artıq insan üzərində aparılan tədqiqatlarda nevroloqlar insan beyninin 7 min hissəsini ayrı ayrılıqda incələyir və qeyd edirlər.Bu tədqiqatlar Maqnit Rezonans aparatı vasitəsiyə aparılırdı. Jeff Anderson bu tədqəqatın nəticəsi olaraq bildirir ki, əslində insan funkisyalarının bəziləri insan beyninin yalnız bir hissəsində cəmlənmişdir. Ancaq Anderson bunun yarımkürələrdən hər hansısa birinin daha üsdün olduğu anlamına gəlmədiyini bildirdi.[5]

Beyin

Sinir sistemi

Dayaq və hərəkət sistemi (Anatomiya)

Qan-damar sistemi

Sümük iliyi

  1. "İlk Abzas". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  2. "Gündəlik Həyatımızda-". 2016-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  3. "İki beyin hissələrinin eyni olması". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  4. "İlk hissə (Yaratıcı Bilişin Sinirbiliminə qədər)". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  5. "Utah Universiteti". 2016-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.