Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeçiliyində olan struktur təşkilatdır.
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 7 fevral 1994 |
Bağlanma tarixi | 29 iyun 2015 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Rəhbərlik | |
Təsisçilər | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini |
behm.az |
Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 07.02.1994-cü il tarixli 13 saylı əmrinə əsasən 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) "Aztelekom İB"-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 17.01.1995-ci il tarixli 05 saylı əmrinə əsasən BHM "Aztelekom İB"-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 06.12.1996-cı il tarixli 140 saylı əmrinin 1-ci bəndinə əsasən 01.01.1997-ci il tarixindən BHM — Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır. 2015-ci ilin iyun ayında Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir.