Beynəlxalq Ailə Günü

Beynəlxalq Ailə GünüBMT-nin baş katibi 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bu il həmin günün "Atalar və ailələr: məsuliyyət və çətinliklər" mövzusunda keçirildiyi qeyd olunub və bütün dünyada ataların ailə və uşaqların həyatında olan mühüm rolu diqqətə çatdırılıb: "Hələ də atalar üçün, eyni zamanda, cəmiyyətdə və ictimai siyasət sahəsində müəyyən çətinliklər mövcuddur. Bir çox kişilər atalıq məsuliyyətini öz üzərinə götürməkdə çətinlik çəkirlər. Bu, tez-tez ailə və ümumilikdə cəmiyyət üçün mənfi nəticələrə gətirib çıxarır. Bir çox atalar ailədə zorakılıq hallarına yol verərək hətta cinsi təhqirlərə belə əl atırlar, bu da ailənin dağıdır və uşaqlarda dərin fiziki və emosional izlər qoyur". Müraciətdə bildirilib ki, beynəlxalq səviyyədə, əksər hallarda atalar miqrasiya səbəbindən öz ailələrindən ayrılmaq məcburiyyəti qarşısında qalırlar. Baş katib Beynəlxalq Ailə Günündə bütün ataları ailələrinə hörmətlə yanaşmağa çağırıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]