Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) – 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilat.
BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir.
Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Jurnalistlər Konfederasiyasının üzvüdür. BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyəti sədrinin müavinidir.
Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.
Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.
ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər. Həmçinin BAMF idarənin ədəbiyyatlarından, sənədlərindən, CD və DVD-lərindən sərbəst istifadə etmək, bütün poçt rekvizitlərinin, press-relizlərin, elanların və ümumi maraq dairəsinə dair ümumi məlumatların göndərilməsi üçün məlumat bazasına daxil olmaq hüququna malikdir.
ECRE-yə üzvlük isə BAMF-a qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində, icmanın inkişafında Avropa təcrübəsindən bəhrələnmək, bu beynəlxalq qurumun iclaslarının iştirakçısı olmaq və digər üstünlüklərdən istifadə etmək imkanı qazandırmışdır.
BAMF, fəaliyyət istiqamətlərindən biri olan media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində indiyədək xeyli uğurlu işlər görmüş, respublikanın aparıcı media qurumlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirlər həyata keçirmişdir. Vətəndaş cəmiyyətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda mətbuatın rolunu xüsusi qiymətləndirən Fond bu sahəni daim diqqət mərkəzində saxlayır. Azərbaycan jurnalistikasını siyasətin əlindən xilas etmək, kütləvi informasiya vasitələrinin ətrafda cərəyan edən hadisələrə ədalətli və tərəfsiz münasibətinə nail olmaq, Qarabağ probleminin həllində media mənsublarının bir araya gəlməsini və beynəlxalq jurnalistikanın dəstəyini təmin etmək təşkilatın əsas vəzifələrindən biridir. Bu məqsədlə BAMF-ın mərkəzi ofisində saysız-hesabsız konfranslar, dəyirmi masalar və görüşlər keçirilmişdir.
BAMF Qarabağ problemini, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin dəhşətlərini, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri məşəqqətləri əks etdirən xeyli kitab, broşüra və buklet çap etmiş, sənədli filmlərin, videomaterialların hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycan haqqında obyektiv informasiyaların toplanıb dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə BAMF on ildən artıq bir müddət ərzində dünyanın ayrı-ayrı ölkələrrindən jurnalistlərin, ziyalıların, xalq diplomatlarının münaqişə bölgələrinə ardıcıl səfərini təşkil etmişdir.
Sərhədsiz Jurnalistlər Təşkilatının nəşri olan «Jurnalistlər üçün praktik vəsait» adlı kitab, Beynəlxalq Mətbuat İnstitutunun nəşri olan «Jurnalistlər təhlükəli tapşırıqlarda» kitabı tərcümə edilib çap olunmuş, həmçinin «Mərkəzi və Şərqi Avropa ölkələrinin jurnalistləri üçün məlumat kitabı» rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, bu kitabın materialları əsasında Azərbaycan dilində «Jurnalist olmaq istəyirsənsə…» adlı metodiki vəsait çap edilmişdir. Bütün bu nəşrlər Azərbaycanda media qurumları, kütləvi informasiya vasitələri arasında, ali təhsil ocaqlarının jurnalistika fakültələrində yayılmışdır. Bundan əlavə, BAMF 2002-ci ilin dekabr ayında NATO ilə birgə Bakıda keçirdiyi «Qafqaz və regional təhlükəsizlik» mövzusunda konfransın materialları əsasında ingilis və rus dillərində «NATO və Qafqazda regional təhlükəsizlik» adlı kitab çap etdirmişdir. «Şəhidlər Xiyabanı» adlı elmi-publisistik, ensiklopedik-bioqrafik məlumat kitabının əsas materiallarının toplanması başa çatdırılmışdır. 2005-ci ildə BAMF «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının kirildən latın qrafikasına keçirilməsi layihəsinə qoşulmuş və ümumi tirajı 2003700 nüsxə olan 92 adda kitab «Avrasiya-press» nəşriyyatı tərəfindən yığılmış, redaktə və tərtib edilərək nəşr olunmuşdur.
BAMF Sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində də səmərəli iş aparır. Fəaliyyətə başladığı ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması fondun əsas vəzifələrindən biri olmuşdur.
BAMF öz fəaliyyətinin bu istiqaməti ilə bağlı indiyədək xeyli layihələr həyata keçirmişdir. «Evdə sülh, ölkədə sülh, cahanda sülh» (1992), «Ərazilərin minalardan təmizlənməsi üzrə birinci səviyyəli tədqiqat» (2000-2001), «Minaların təsirinin tədqiqatı» (2002-2003), «NATO və regional təhlükəsizlik» (2002), «İcma Mina Aksiyası» (2002-ci ildən indiyədək davam edir), «Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi» (2004), «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» (2006-2007) layihələrini və digər layihələri yerinə yetirmiş, onlarla beynəlxalq konfransların, seminarların, dəyirmi masaların iştirakçısı və təşkilatçısı olmuşdur. BAMF-ın təsisçilçiliyi ilə 2007-ci ilin mart ayında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) təsis olunmuş və iyul ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə 2007-ci il iyul ayının 1-dən etibarən həyata keçirilən «AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istğiqamətləndirilməsi» layihələrinin icrası davam etdirilir.
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi və icmanın inkişafı sahəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondu uğurlu işlər görür, layihələr həyata keçirir. BAMF-ın nəzdində fəaliyyət göstərən İcma Mina Aksiyası komandasının tərkibinin təxminən 40 faizinin qaçqınların və məcburi köçkünlərin təşkil etməsi buna parlaq sübutdur.
Azərbaycanda humanitar yardımdan inkişafa doğru keçildiyi bir dövrdə qaçqınların və məcburi köçkünlərin özlərinin gəlir gətirən sahələrinin yaradılmasına da xüsusi diqqət yetirən BAMF icma problemlərinin həllini, ev-eşiklərindən didərgin düşmüş soydaşlar arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihələr həyata keçirilməsini ön plana salmışdır. Bunun üçün təşkilatın 2007-ci ildə təsis etdiyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Bank Olmayan Kredit Təşkilatı «Avrasiya-Kredit» Məhdud Məsuliyyətli Cəmiyyətə fəalliyət göstərməsi üçün Milli Bank tərəfindən lisenziya verilmişdir.
Azərbaycanda qaçqınlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə, əlillərə və xüsusilə minadan zərərçəkənlərə, işğaldan azad olunan və müharibədən zərər çəkən regionların yoxsul təbəqəsinə mikrokreditlər verməyi qarşısına məqsəd qoyan «Avrasiya-Kredit» MMC beynəlxalq donor təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş və bu istiqamətdə gələcəkdə yerli donorlara da müraciət etməyi planlaşdırmışdır. «Avrasiya-Kredit» MMC ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının regional bölmələrinin yaradılması və fəaliyyətlərinin istiqamətləndirilməsi layihələri çərçivəsində artıq Füzuli, Tərtər və Ağstafa rayonlarında kiçik kreditlərin verilməsinə başlamışdır. İcma problemlərinin aradan qaldırılması sahəsində BAMF-ın işində yeni bir mərhələ təşkil edən bu fəaliyyət istiqamətinin getdikcə genişəlndirilməsi planlaşdırılmışdır.
Fəaliyyətə başladığı ilk dövrlərdən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini prioritet vəzifələrdən biri hesab edən BAMF bu istiqamətdə bir sıra konfranslar təşkil etmiş, layihələr həyata keçirmişdir. 1997-ci ilin dekabr ayında Sankt-Peterburq şəhərində Rusiya Coğrafiya Cəmiyyəti, Rusiya Yazıçılar İttifaqının Sankt-Peterburq şöbəsi, Sankt-Peterburq Dövlət Mədəniyyət Akademiyası, Azərbaycan-Sankt-Peterburq Mədəniyyət Mərkəzi ilə birgə «Milli məsələ və qaçqınlar problemi» adlı beynəlxalq konfrans keçirmişdir. Konfransda 30-dan çox ölkənin 100-dən artıq nümayəndəsi işğtirak etmişdir. Konfransın qəbul etdiyi qətnamə BMT və dünya ictimaiyyətinə ünvanrlanmış, əsas diqqət Azərbaycanın problemlərinə yönəldilmişdir. Konfrans zamanı müharibənin Azərbaycana vurduğu ziyanlar sərgilərdə nümayiş etdirilmişdir. Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə 2001-ci ilin avqust ayından həyata keçirilməsinə başlanan «Qafqaz regionu qeyri-hökumət təşkilatları üzrə çoxfunksiyalı infoterminal» layihəsinin icrasını BAMF 2003-cü ilin mart ayında başa çatdırmışdır. Bu dövrdə CRİNGO (Qafqazda Qaçqın və Məcburi Köçkünlər üzrə QHT-ləri birləşdirən Şəbəkə) adlı böyük bir şəbəkə formalaşdırılmışdır. 2002-ci ildə Gürcüstan Müstəqil Jurnalistlər Assosiasiyası ilə birlikdə «Qaçqın və məcburi köçkünlərin maraqlarının lobbiləşdirilməsi» layihəsi həyata keçirilmişdir.
CRİNGO-nun Bakı nöqtəsinin üzvü olan BAMF həyata keçirilən bütün layihələrdə və tədbirlərdə, qaçqınların və məcburi köçkünlərin yaşayış, sosial-məişət, təhsil, sağlamlıq və digər problemlərinin öyrənilməsində və aradan qaldırılmasında fəal iştirak edir.
BAMF 2007-ci ilin iyul ayında Minilliyin İnkişafı Proqramı çərçivəsində BMT-nin Genevrə ofisində «İnkişaf üçün qlobal tərəfdaşlıq yolu ilə yoxsulluğun və aclığın aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi» adlı İllik Yenilikçi sərgidə iştirak etmişdir. Sərgidə BMT-nin Baş Katibi, ECOSOC-un prezidenti, UNESCO-nun Baş katibi, ECOSOC QHT bölməsinin rəhbəri və digər yüksək çinli şəxslər iştirak etmişlər. Tədbirdə dünyanın ayrı-ayrı ölkələrindən 30-a yaxın QHT iştirak etmişdir. BAMF sərgidə ABŞ Dövlət Departamenti Hərbi-Syasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin Assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsi çərçivəsində əldə olunmuş nailiyyətləri özündə əks etdirən «Uğurlu hekayət»lə iştirak etmişdir. BAMF-ın əməkdaşı sərgidə iştirak edən bir çox təşkilatların nümayəndələri ilə yoxsulluğun aradan qaldırılması istiqamətində daha çox yardıma ehtiyacları olan minadan zərərçəkmiş şəxslər və onların ailə üzvlərinin problemlərinin həlli istiqamətində gələcək əməkdaşlıq imkanlarını geniş müzakirə etmişdir.
BMT-nin Baş Katibi Ban Ki-Mun BAMF-ın Yenilikçi sərgidə iştirakını yüksək qiymətləndirmiş, öz fikirlərini təşkilatın rəy kitabında belə ifadə etmişdir: «Mən sizin bəşəriyyətə etdiyiniz təmənnasız xidməti dəstəkləyirəm».
BAMF-ın sədri Umud Mirzəyev 2007-ci ilin yayında Yunanıstanın Delfi və Afina şəhərlərində təşkil olunmuş Qaçqınlar və Sürgündə Olanlar üzrə Avropa Şurasının (ECRE) Yarımillik Ümumi İclasında və Hüquq şəbəkəsinin (ECRAN) tədbirlərində iştiak etmişdir. BAMF-ın nümayəndəsi ECRE-nin «Şimal-qərb regionuna daxil olan ölkələrdə mövcud miqrasiya qanunvericiliyi çərçivəsində qaçqın və sığıınacaq axtaranların problemləri» mövzusunda keçirdiyi konfransında iştirak etmişdir. BAMF-ın daha bir nümayəndəsi isə 2008-ci ilin yayında ECRE-nin Brüsseldə keçirilən növbəti toplantısına qatılmışdır.
Bəzi sosial ayırmalardan və əlavə vergilərdən azad olunması üçün Dövlət Reesterinə salınan BAMF Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası tərəfindən qaçqınlara və məcburi köçkünlərə humanitar yardımların paylanması prosesinə cəlb edilmişdir.
BAMF-ın Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir.