Beynəlxalq Novruz Günü

Beynəlxalq Novruz Günü — mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilən bayram

Beynəlxalq Novruz Günü
Rəsmi adı Novruz bayramı
Qeyd olunur Hər il 21 mart
Ölkə Azərbaycan Azərbaycan

BMT Baş Assambleyası 23 fevral 2010-cu ildə 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, "yeni gün" mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram artıq 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi alqışlayıb.

Qətnamənin mətni Azərbaycanın BMT-dəki nümayəndəsi tərəfindən təqdim olunub. O, bəyan edib ki, bu bayram mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilib.

Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Novruz Bayramı" (az.). azerbaijan.az. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]