Beynəlxalq Qızlar Günü

Beynəlxalq Qızlar Günü- 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.

11 oktyabr

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.

Ölkəmizdə qızların problemləri

[redaktə | mənbəni redaktə et]

Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nigahın qarşısı alınıb. Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır. Hər il bir mövzu ətrafında qeyd edilən bu günün carı ildəki şüarı: "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlıq planlaması"dır.

Qızlar təhsildə

[redaktə | mənbəni redaktə et]
Qızlar oxusa, peşə sahibi olsa, həyat dəyişəcək, cəmiyyət dəyişəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023/2024-cü tədris ili üzrə məktəblərdə siniflər üzrə təhsil alan şagirdlərin sayı (oğlan və qızlar) və analitik təhlilini aparıb. Belə ki, cari tədris ilində məktəbəhazırlıq qrupları üzrə 39 min 936 qız, 46 min 400 oğlan təhsil alıb. I-XII siniflərdə isə ümumilikdə 794 min 560 qız, 910 min 449 oğlan oxuyub. 2023-cü ildə cins bölgüsü arasındakı fərq 115 min 889 nəfər, yəni 6.8 faiz olub. 2022-ci ildə isə cins bölgüsü arasındakı fərq 117 min 947 nəfər, yəni 6 faiz təşkil edib.

2023/2024-cü tədris ili üzrə orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin müqayisəli statistikasının təhlili onu göstərir ki, kişilər (71 faiz) peşəyönümlü təhsilə, qadınlar (62.6 faiz) daha çox orta ixtisas təhsilinə üstünlük verirlər. Bu göstəricilər həm özəl, həm də dövlət tabeliyində olan təhsil müəssisələrinə aiddir. Həmçinin bakalavriat səviyyəsində təhsil alanların arasında qızlar (52.6 faiz), magistratura səviyyəsində isə oğlanlar (51.6 faiz) üstünlük təşkil edir. Qızların təhsil almasında qarşılarına çıxan maneələrə, problemlərə nəzər salsaq görərik ki, bu problemlərin həlli istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Onlardan biri də “Gənc qızların təhsilinə dəstək” kampaniyasıdır. Kampaniyaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə start verilib. Kampaniyanın məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Kampaniyaya qızlar 3 meyara əsasən seçilir: aztəminatlı ailələrdən və həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan, eyni zamanda, regionlardan olan qızlar.

Kampaniya çərçivəsində neft maqnatı Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik ənənələrini davam etdirmək məqsədilə 2021-ci ildə aztəminatlı ailələrdən olan 14 tələbə qıza dəstək göstərilib. Bununla yanaşı, 5 biznes şirkəti və 9 nəfər sahibkar qadın “Gənc qızların təhsilinə dəstək” kampaniyasına qoşularaq hər biri 1 tələbə qızı öz himayəsinə götürüb. Kampaniya 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə davam edib. 2022-ci ildə kampaniya çərçivəsində 25 nəfər, 2023-cü ildə isə 55 qızın təhsilinə dəstək göstərilib. 2023-cü ildən isə kampaniya “Gənc qızların təhsilinə dəstək” layihəsi kimi davam edir. Layihə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilir. Layihə çərçivəsində 4 nəfər şəhid qızı və bir nəfər şəhid xanımına da dəstək göstərilib.

Bununla yanaşı, Təhsilin İnkişafı Fondu tərəfindən qızların təhsilinə dəstək məqsədilə “Parla” Gənc qızların təhsilinə və inkişafına dəstək təqaüd proqramı layihəsi, “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı həyata keçirilməkdədir.

Övladlarımızı oğlan və qız ayrı-seçkiliyi etmədən oxudaq. Cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin fikirlərindən də göründüyü kimi, qadınlar iş həyatına rəng, gözəllik, nizam-intizam və müvəffəqiyyət və nizam gətirir. Qızlar oxusa, peşə sahibi olsa, həyat dəyişəcək, cəmiyyət dəyişəcək.

  • Ambrose, Rona and Rosemary McCarney. International Day of the Girl Child: girls' rights are human rights (December 29, 2011).
  • http://www.prazdniki-online.ru/prazdnik-11-oktyabrya/
  • « Journée internationale de la fille, 11 octobre » [archive], sur www.un.org (consulté le 17 octobre 2017)