Beynəlxalq Siyasi Elmlər Assosiasiyası

Beynəlxalq Siyasi Elmlər Assosiasiyası - 1949-cu ildə YUNESKO-nun himayəsi altında qurulan beynəlxalq elmi assosiasiyasıdır. Beynəlxalq Siyasi Elmlər Assosiasiyası dünyanın hər yerində siyasi elmin inkişafı ilə bağlı təqdim olunan elmi əsərlərin nəşrini həyata keçirir. Assosiasiya Şərq və Qərb, Şimal və Cənub dövlətləri arasında körpü qurmağa kömək edir, həm də inkişaf etməkdə olan ölkələrin alimləri arasında əməkdaşlığı təşkil edir. Onun məqsədi bir qlobal siyasi elm icma yaratmaqdır.[1]

Beynəlxalq Siyasi Elmlər Assosiasiyası Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının məşvərətçi statusuna malikdir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və Beynəlxalq Sosial Elmlər Şurasının və Qlobal İnkişaf Şəbəkəsinin üzvüdür.

  1. Boncourt, Thibaud. A History of the International Political Science Association. International Political Science Association: Montréal, 2009.