Beynəlxalq Təhsil Günü

Beynəlxalq Təhsil Günü — illik beynəlxalq mərasim olan Beynəlxalq Təhsil Günü 24 yanvarda keçirilir və təhsilə həsr olunur.[1] 3 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 24 yanvarın Beynəlxalq Təhsil Günü elan edilməsi barədə qətnamə qəbul etdi.[2] [3] [4]

İnklüziv və ədalətli keyfiyyətli təhsil və hamı üçün ömürlük imkanlar olmasa, ölkələr gender bərabərliyinə nail olmada və milyonlarla uşaq, gənc və böyükləri geridə qoyan yoxsulluq dövrünü qırmağa müvəffəq olmayacaqdır.[5]

" Təhsil insan hüququdur

Təhsil hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində təsbit olunmuşdur. Bəyannamədə pulsuz və məcburi ibtidai təhsil tələb olunur. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası ölkələrdən ali təhsilin hamı üçün əlçatan olmasını tələb edir.

Təhsil dayanıqlı inkişafın açarıdır

BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərkən beynəlxalq ictimaiyyət 17 Dayanıqlı İnkişaf Məqsədinin hamısının uğur qazanması üçün təhsilin vacib olduğunu qəbul etdi. Dayanıqlı İnkişaf Məqsədi 4 xüsusilə 2030-cu ilədək “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” məqsədi daşıyır.

Ümumbəşəri təhsilə çatmaqda çətinliklər

Təhsil uşaqlara yoxsulluqdan çıxış yolu və perpektivli gələcəyə aparan yol təklif edir. Lakin dünyada 265 milyona yaxın uşaq və yeniyetmələr məktəbə daxil omaq və məzun olmaq imkanı əldə edə bilmirlər. Onların beşdə birindən çoxu ibtidai məktəb yaşındadır. Onlara yoxsulluq, ayrı-seçkilik, silahlı münaqişə, fövqəladə hallar və iqlim dəyişikliyi təsiri mane olur. 2019-cu ilin Qlobal Təhsil Montorinqi hesabatında göstərilir ki, Miqrasiya və məcburi köçkünlükdə təhsil məqsədlərinə çatmağa təsir göstərir.

İlk Beynəlxalq Təhsil Günü mərasimi (2019)

Beynəlxalq Təhsil Günü elan edərək BMT üzvü olan ölkələr bütün səviyyələrdə inklüziv və ədalətli keyfiyyətli təhsili təmin etmək üçün işləməyin vacibliyini qəbul etdilər – beləliklə, bütün insanlar cəmiyyətdə tam iştirak etmək və dayanıqlı inkişafa töhfə vermək üçün lazımlı bilik və bacarıqlara yiyələnməyə kömək edən ömür boyu öyrənmə imkanlarından istifadə edə bilərlər.[6]

Birləşmiş Millətlər Təşkilatı

"
  1. "UN General Assembly proclaims 24 January International Day of Education" (ingilis). UNESCO. 2018-12-05. 5 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  2. "First-ever International Day of Education – 24 January 2019" (ingilis). UNESCO. 2019-01-22. 5 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09..
  3. "Prvo obilježavanje Međunarodnog dana obrazovanja - 24. januara" (bosniya). myright.ba. 2019-01-22. 13 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-13..
  4. "24 Janari:Dita Ndërkombëtare e Arsimit" (alban). Radio Television of Kosovo. 24 yanvar 2019. 9 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2019..
  5. "Goal 4 .:. Sustainable Development Knowledge Platform" (ingilis). sustainabledevelopment.un.org. 16 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13..
  6. "International Day of Education (24 January)" (ingilis). United Nations. 2019-01-22. 22 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr2019..

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]