Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF, International Federation of Translators) müxtəlif ölkələrdə fəaliyyət göstərən yazılı və şifahi tərcüməçilərin, dilçilərin assosiasiyalarını bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiyanın üzvü olan 100-dən çox peşəkar assosiasiya dünyanın 55 ölkəsindən olan 80000-dən çox tərcüməçini təmsil edir. Federasiyanın məqsədi təmsil etdiyi sahələrdə peşəkarlığı təşviq etməkdir. Tərcüməçilərin bütün ölkələrdə əmək şəraitini yaxşılaşdırmağa səy göstərən federasiya, həmçinin onların hüquqlarını və ifadə azadlıqlarını da qorumaqamalını güdür. Fransada qeydiyyata alınıb. Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir.
BTF-nin məqsədləri aşağıdakılardır:
•Yazılı və şifahi tərcüməçilər, dilçilər assosiasiyalarını bir araya gətirmək və bunlar arasında körpu qurmaq
•Assosiaspomların mövcüd olmadığı ölkələrdə onları yaratmaq üçün təşviq və yardım etmək
•Üzv assosiasiyaları peşə ilə bağlı iş şəraiti barədə məlumatlandırmaq, onları texnoloji alətlər, ilkin və davamlı təlimlərlə təmin etmək
•Müxtəlif assosiyasiyalar arasında tərcümə maraqlarına xidmət edən əlaqələri inkişaf etdirmək
•Tərcüməçilərin maddi və mənəvi hüquqlarını təmin etmək
•Cəmiyyətdə yazılı və şifahi tərcümə, terminologiya ixtisaslarının tanınmasını, onu elm və incəsənət kimi təşviq etmək.
BTF-nin ali şurası qanunla müəyyən edilmiş şəkildə 3 ildən bir keçirilən konqresdə müəyyən edilir. Bu seçki BTF-nin bütün üzvlərini bir araya gətirir, üzv assosiasiyalar öz növbəsində "Şura" üzvlərini seçir. Şura isə 3 il müddətinə "İcraedici Komitə"ni səs vermə yolu ilə təyin edir. İcraedici komitə hər il "Şura"ya özlərinin fəaliyyətləri və konqreslə ilə bağlı hesabat verir.
Hal-hazırda 3 regional mərkəz aktiv səkildə fəaliyyət göstərir. Bunlar BTF Avropa, BTF Latın Amerikası, BTF Şimali Amerikadır. BTF Asiya mərkəzinin yaradılması isə nəzərdən keçirilir. Bu mərkəzlər BTF-nin regionlarda fəaliyyətini təmin edir, assosiasiyalar arasıda mübadilə işinin gücləndirilməsi üçün iclaslar təşkil edir, BTF ilə birbaşa əlaqələr qurur.
BTF tərəfindən 3 ildən bir təşkil olunan Ümumdünya Tərcümə Konqresi yazılı və şifahi tərcüməçiləri, terminoloqları, tələbələri və müəllimləri, yeni gələnləri və təcrübəli peşəkarları, tərcümə xidmətləri üçün avadanlıq və xidmət təminatçılarını bir araya gətirən beynəlxalq səviyyəli konfransdır. Konfrans 3 gün müddətində davam edir və bu zaman ərzində müxtəlif təqdimatlar, panel müzakirələri və ən son model tərcümə avadanlıqlarının nümayiş olunduğu sərgilər keçirilir. Son 3 konqres ardıcıl olaraq 2008-ci ildə Şanxayda, 2011-ci ildə San-Fransiskoda, 2014-cü ildə Berlində keçirilmişdir. 2017-ci ildə Ümumdünya Tərcümə Konqresi Avstraliyada keçirilib. Azərbaycanlı nümayəndə heyəti isə ilk dəfə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 2014 və 2017-ci ildə keçirilən Konqreslərdə iştirak edib.