Beynəlxalq marketinq

Beynəlxalq marketinq — fərdi və ya təşkilati məqsədlərə cavab verən mübadilələr yaratmaq üçün ideyaların, əmtəə və xidmətlərin konsepsiyası, qiymətləri, təşviqi və paylanmasının planlaşdırılması və icrasının beynəlxalq səviyyədə prosesi.[1] Bu strategiya şirkətin öz ölkəsində istifadə olunan texnikaların genişləndirilməsinə aid edilir.[2]

Marketinqin digər elementləri kimi beynəlxalq marketinqin vahid tərifi yoxdur. Bundan əlavə, bəzi müəlliflər beynəlxalq marketinq və qlobal marketinqi fərqli şəkildə müəyyənləşdirirlər:

  • Çox sadə səviyyədə beynəlxalq marketinq şirkətin milli sərhədlər daxilində bir və ya bir neçə marketinq qərarının qəbul edilməsini nəzərdə tutur. Çox mürəkkəb səviyyədə bu, şirkətin xaricdə istehsal müəssisələrinin yaradılmasını və bütün dünyada marketinq strategiyalarının əlaqələndirilməsini əhatə edir.[3]
  • Beynəlxalq marketinq marketinq yönümünün və bacarıqlarının beynəlxalq biznesə tətbiqidir.[4]
  • Beynəlxalq marketinq firmanın əmtəə və xidmətlərinin axınını mənfəət üçün birdən çox ölkədə istehlakçılara və ya istifadəçilərə yönəldən biznes fəaliyyətinin təmin edilməsidir.[5]
  • Beynəlxalq bazar ixracatçı taciri üstələyir və onu bizneslə məşğul olduğu ölkələrdə marketinq mühitinə daha çox cəlb edir.[6]
  • Qlobal marketinq investisiyaların, məhsulların qlobal səviyyədə bir şirkətin təcrübəsinə səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirir və həmçinin hər bir ölkədə həqiqətən unikal və fərqli olanı uyğunlaşdırır.[6]
  • Qlobal marketinq dedikdə, bir çox ölkə bazarlarında əlaqələndirilmiş və inteqrasiya olunmuş marketinq fəaliyyətləri başa düşülür.[7]

Beynəlxalq marketinq çox vaxt sadəcə əmtəəni müxtəlif ölkələrə satmaqla eyni mənanı daşımır. Şirkətlər yaxınlaşdıqları bazarlarda dil maneələri, idealları və vərdişlərinə diqqət yetirməlidirlər. Müəyyən bir qrupu satmağa çalışdığınız şeyə cəlb etmək üçün marketinq strategiyalarının adaptasiya olunması çox vacibdir.[8]

  1. Onkvisit, Sak; Shaw, John J. International marketing: analysis and strategy (4). Process of international marketing. 2004. səh. 3.
  2. Marketing, Tim McGraw-Hill
  3. Doole & Lowe (2001). Note: Doole and Lowe differentiate between international marketing (simple mix changes) and global marketing (more complex and extensive).
  4. Muhlbacher, Helmuth & Dahringer (2006). Note: Muhlbacher et al. delineate international marketing (adapted) and global marketing (standardised).
  5. Muhlbacher, Helmuth & Dahringer (2006). Note: Muhlbacher et al. delineate international marketing (adapted) and global marketing (standardised).
  6. 1 2 Keegan (2002). Note: Keegan takes a strategic, corporate overview to define the transnational nature of global marketing.
  7. Johansson (2000). Note: Jonny K. Johansson defines global marketing as a bigger brother to international marketing i.e. more of an extension.
  8. Eagle Business (2007)