Beynəlxalq turizm — xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biri.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir.
Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır.
Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır. Xarici qonaqların qəbulu üzrə ilk 10 ölkəyə aiddir: Fransa, İspaniya, ABŞ, İtaliya, Çin, Böyük Britaniya, Meksika, Kanada, Polşa, Avstriya. Beynəlxalq turizm üzrə gəlirlərin böyük həcminə görə ilk 10 ölkə ABŞ, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya, Meksika, Kanada, Çin, Avstriya, Almaniyadır. Turist balansının ən çox müsbət saldosuna İspaniya, İtaliya, Fransa, Meksika, Türkiyə malik olduğu halda, ən çox mənfi saldoya Almaniya, Yaponiya, Böyük Britaniya və Şimali Avropanın ölkələri malikdirlər.