Bi Şen (990 – 1052, Böyük Çin) — Çin ixtiraçısı, mütəhərrik literlərlə kitab çapının banisi.
Bi Şen | |
---|---|
Doğum tarixi | 990 |
Vəfat tarixi | 1052 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
İxtirası 1041–48-ci illərə təsadüf edir. Yanmış (bişmiş) gildən hazırlanan çap elementləri (heroqliflər) soyuduqda bərkiyən özlü qatranlı qarışığın köməyilə dəmir yığı formalarına yapışdırılırdı. Mətnin kağızda çap edilməsi üçün literlərin üzərinə tuş çəkilirdi. Bi Şenin ixtirası haqqında ilk dəfə Şen Qo (1031–95) məlumat vermişdir.