Bibliometrik indikatorlar

  • Elmi məhsulların ölçülməsinin əsas bibliometrik indikatoru nəşrlərin sayı, tipi və yayılmasıdır. Tədqiqat istiqamətinin məhsuldarlığı həmin istiqamətdəki nəşrlərin sayı ilə ölçülür. İxtiyari tədqiqat oblastında az sayda yüksək məhsuldarlıqlı alimlərin nəşri, həmin istiqamətdəki bütün nəşrlərin çox böyük hissəsini təşkil edir. İstiqamətin araşdırılması zamanı verilmiş oblastda çap olunan əsərlərin xarakterindən asılı olaraq yalnız uyğun nəşrlər sayılmalıdır. Belə ki, hunanitar elmlərdə bir çox tədqiqatçıların nəticələrini məqalələrdə deyil, kitab şəklində çap etdirməyə çalışırsa, tətbiqi elmlərdə nəşrlərin standart forması elmi-tədqiqat işi hesabatlar və patentlərdir. Kitablar və məqalələrin yükünün eyni olduğu istiqamətlərdə kitablar daha üstün tutulur. İcmal xarakterli məqalələrə də xüsusi nəzarət olunur. Elmi və tibbi istiqamətlərdə, həmçinin ictimai və humanitar elmlərdə nəşrlərin müqayisəsi çox zaman müxtəlif tip nəşrlərə təyin olunan şəkilərə əsasən aparılır, bir kitab müxtəlif istiqamətlərdə 2–6 məqaləyə ekvivalent sayılır.
  • Tədqiqat qruplarının və ya təşkilatların qiymətləndirilməsi zamanı 1 il və ya daha uzun müddətli zaman aralığı əsas göstərilir, adətən 4 illik dövr istifadə olunur. Tədqiqatçı qrupun məhsuldarlığının inkişafının izlənməsi hər il hesablanan indikatorlar əsasında aparılır.
  • Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.