Bigül

BigülŞəki rayonu ərazisində dağ. Yerli əhalinin məlumatına görə, toponim Birgül adının təhrif olunmuş formasıdır. Bi komponenti qədim abidələrin dilində "iti uclu, ülgüc" mənasında, gül komponenti isə türkdilli xalqların toponimiyasında qul variantında "yarğan, qaya" mənasında işlənir. Bu baxımdan oronim "iti uclu qaya" kimi izah oluna bilər.[1]

Bigül
Yerləşməsi
Ölkə
  1. Bigül // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.