Biləcəri mədəniyyət-istirahət parkı (xalq arasında bəzən Biləcəri Dəmiryolçular Parkı) — Azərbaycanın Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən park. Parkda həmçinin Biləcəri Mədəniyyət Mərkəzi yerləşir.
Biləcəri parkı | |
---|---|
| |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | |
Sahəsi |
|
Yaradılıb | 1957 |
Xəritədə yeri | |
Xalq arasında Biləcəri Dəmiryolçular Parkı kimi də adlandırılan Biləcəri mədəniyyət-istirahət parkı 1957-ci ildə dəmiryolçuların istirahət parkı kimi inşa edilmişdir.[1] Parkda əsaslı təmir işləri prezident İlham Əliyevin 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. 2013-cü il aprelin 22-sində mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılışda prezident İlham Əliyev də iştirak etmişdir.[2]
5 hektar sahəyə malik Biləcəri mədəniyyət-istirahət parkında Biləcəri Mədəniyyət Mərkəzi, 2 ədəd restoran, fəvvarə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yerləşir.