Bilik bazası

Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlarqayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar.

Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir

Biliklər bazasının xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir:

  1. daxili interpretasiya.
  2. strukturlaşma.
  3. bağlılıq.
  4. aktivlik.

Bilikləri üç böyük qrupa bölmək mümkündür.

  1. faktlar (faktiki biliklər);
  2. qaydalar (qərar qəbul olunması üçün biliklər);
  3. metabiliklər (bilik haqqında bilik).
  • Поспелов Г. С. Искусственный интеллект –основа новой информационной технологии. М.: Наука, 1988. −278 с.
  • Поспелов Д.А. Левитин К. Е. Будущее искусственного интеллекта. М.: Наука, 1991. −217 с.
  • А. В.Андрейчиков, О. Н.Андрейчикова. Интеллектуальные инфомационные системы. М.:Финансы и статистка, 2004. −424 с.
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.