Bilinit Fe2+ Fe23+ [SO4]4 • 22H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Bilinit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Strunz təsnifatı | VI/C.06[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Rəng – ağ, sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,87; Sərtlik – 1; Sınıqlar – tikanlı; Morfologiya – kristallar: iynəvari, tükşəkilli; Mineral aqreqatları: radial-lifli kütlələr, qabıqlar.
Ən çox hipergen şəraitdə dəmir sulfidlərinin dəyişilmə məhsulu kimi əmələ gəlir. Liqnitlərdə və sulfid filizlərinin oksidləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: ryomerit, botriogen, pikkerinqit, pikromerit və b. Mineralın tapıldığı yerlər: Bilina dağı (Çexiya). Azərbaycanda Laçın rayonunda Bülüldüz sulfid təzahüründə tapılmışdır.