Binəqədi qəzeti

Binəqədi - Həftəlik ictimai-siyasi qəzet (Binəqədi Rayon İcra Hakimiyyətinin qəzeti)

Binəqədi qəzeti
Növ Həftəlik ictimai-siyasi qəzet
Format A3
Təsisçi Binəqədi Rayon İcra Hakimyyəti
Baş redaktor Rüfət Mərdanov
Yaranma tarixi 15 yanvar 2012-ci il
Dil Azərbaycan dili
Qiymət 40 qəpik
Səhifə 8
Ünvan Bakı ş. Binəqədi Rayonu Nizami Nərimanov küçəsi 75
Tiraj 2000

Haqqında[redaktə | mənbəni redaktə et]

Binəqədi Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Binəqədi” ictimai-siyasi qəzeti 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Qəzet,Binəqədi rayonunun həyatında, bütövlükdə respublikada, eləcə də dünyada baş verən yenilikləri operativ şəkildə çatdırmaq üçün həftəlik çap edilir. Qəzet 2 min tirajla çap olunur.

Məqsədi[redaktə | mənbəni redaktə et]

Qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. “Binəqədi” ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.

Əlaqə[redaktə | mənbəni redaktə et]

Ünvan:Bakı şəhəri Binəqədi Rayonu Nizami Nərimanov küçəsi 75

Tel:(012)563-57-28

E-mail:[email protected]

Mənbə[redaktə | mənbəni redaktə et]