Biogen

Biogen — ölü canlıların çürüməsindən əmələ gəlmiş maddə[1].

Biogen çöküntülər

[redaktə | mənbəni redaktə et]

Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil olunmuş çöküntülər. Dənizokeanların biogen çöküntülər silisium və karbonat tərkibli olur; üstünlük təşkil edən çöküntü əmələ gətirən orqanizm qruplarına görə onlara ad verilir. Müasir Biogen çöküntülər okean dibinin yarıdan çox hissəsini örtür. Kontinental (göl, çay, bataqlıq) biogen çöküntülər sapropel və torflardan, həmçinin diatomalı göl lillərindən və qabıq əhəngdaşlarından ibarətdir.

Biogen proseslər

[redaktə | mənbəni redaktə et]

1. Mineralogiyageologiyada orqanizmlərin bilavasitə iştirakı ilə mineralsüxur əmələgəlmə prosesləri. Məsələn: onların həyat fəaliyyəti nəticəsində (kalsit və ya opaldan ibarət skelet və ya qabıqların, riflərin) yaxud üzvi qalıqların dəyişməsi nəticəsində (kömür və b.) əmələ gəlməsi.

2. Geomorfologiyada morfogenetik əhəmiyyətli orqanizmlərin fəaliyyəti. Nəticədə, həm Yer səthində süxurların yumşalması və kimyəvi tərkibinin dəyişməsi (torpaqəmələgəlmə), həm də mikrorelyef formalarının yaranması (tundra təpəcikləri, torf relyefi və b.).

Biogen tekstur qumlu, alevritli, gilli, karbonatlı süxurlarda müşahidə edilən və mənşəyinə görə çöküntütoplanma prosesində müxtəlif orqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan tekstur. Orqanizmlərin həyat fəaliyyətinin izləri qazıntı halında lilə gömülən və ya lilyeyənlərin (xərçəngəbənzərlər, qurdlar, molyusklar, çiyinayaqlılar və b.) ilkin təbəqəliliyi pozması və laylanma müstəvisinə normal və ya çəp yerləşmiş müxtəlif yuva, borucuq və fukoidlər şəklində mühafizə olunur. Yuvacıq və borucuqlar bu heyvanların ifrazat məhsulları və sonradan çökmüş çöküntü ilə dolur.

  1. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.