BİOGEN RELYEF – bioenozların təsiri nəticəsində yaranan relyef. Uzun dövr ərzində bitki qruplarının ölü kütləsinin akkumulyasiyası (fitogen relyef) nəticəsində yaranın mezorelyef (məs. torfun), uzun dövr ərzində duzların yuyulması nəticəsində bitkilərin yaratdığı mikrorelyef (səhra və yarımsəhra zonasında), qum və narın torpaq hissəciklərinin bitkilərin ətrafında akkumulyasiyası (məs. yulğun kollarının, cilin və s.) nəticəsində yaranan mikro və ya nanorelyef, dağ yamaclarında eroziya prosesi nəticəsində kolların ətrafında yaranan təpəciklər və ya bitkisiz sahələrdə əmələ gələn çala- çuxurlar, heyvanların fəaliyyətilə yaranan (məs. gəmiricilər), cücülərin (qarışqa koloniyası) və məməlilərin yaratdığı (qabanın eşdiyi sahələr) zoogen relyeflər.[1]
relyef Biocoğrafiya Biocoğrafi sədd