Biogeokimyəvi rejim — tektonik, vulkanik, hidrodinamiki, geomorfoloji, oksidləşmə-reduksiya və s. təbii proseslərdə iştirak edən kimyəvi elementlərin təsirindən biogeokimyəvi mühit tiplərinin yaranmasıdır. Tektonik proseslərdə — S, vulkanik proseslərdə Pb, hidrodinamiki proseslərdə — C, geomorfoloji proseslərdə — Si və oksidləşmə-reduksiya proseslərində — Fe kimyəvi elementlərinin yaratdıqları biogeokimyəvi mühit tipləri mövcuddur.[1]