Biogeokimyəvi tarazlıq

Biogeokimyəvi tarazlıq – əsasən düzənlik və alçaq dağlıq ərazilərdəki təbii ərazi komplekslərində təsadüf edilir. Hər hansı bir mühit tipi üçün mövcud tarazlıq biogeokimyəvi rejimlin göstəriciləri dəyişilərkən pozulmuş olur. Biogeokimyəvi mühitdə bir sıra kompanentlərin, məsələn, C, K, S, J və s. elementlərin miqdarlarının dəyişməsi də bir mühit tipinin pozulması və digər bir mühit tipin yaranmasına gətirib çıxarır. Daha çox insanların yaşam tərzinə uyğun gələn O2 və CO2 biogeokimyəvi mühit tiplərinə uyğun gələn fiziki-kimyəvi və coğrafi göstəricilər isə ekoloji tarazlıq yaradır. Biogeokimyəvi tarazlıq şəraitində kimyəvi indikator elemenetlərin orqanizmlər tərəfindən mənimsənilmə sırası (K – Zn – Fe – Cu – Co – C) kimi olduğu ehtimal edilir. Biofil elementlərdən K, C, P, N, Fe, Co və Cu birləşmələrinin miqrasiyası yüksəkdir. J mikroelementinin tipomorfluğu, K / Na nisbətinin yüksək göstəriciləri səciyyəvidir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. H.L.Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (azərbaycan). Şəki: Kaskad. 2017. səh. 21. ISBN 978-9952-8330-0-3. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-09.