Bioimpedansometriya — Geniş tətbiq sahəsinə malik elektrik müqavimmətinin ölçülmməsi ilə BAN-lərin tədqiqində iki növ yanaşma mövcuddur.
Hər iki halda ölçmə prinsipi və ölçmə sxemi eynidir. Fərq yalnız diaqnostik ölçmələrdə elektrodların miqdarının müxtəlif olması və iki BAN arası müqavimət dəyişməsindən istifadə edilməsidir. Əvvəlki fəsillərdə qeyd edildiyi kimi müqavimətin ölçülməsi Om qanununa əsaslanır. Aparılan tədqiqatlardan sonra ölçmə prosesini reallaşdəırmaq üçün sinusoidal zondlayıcı cərəyandan istifadə məsləhət görülmüşdür. Bunda sonra ölçmə qurğularında I=const şərti daxilində dövrədən zondlayıcı cərəyan qovulur və elektrodlar arasında yaranan gərginlik düşgüsü ölçülür. Gərginlik və cərəyan qiymətləri məlum olduğu üçün impedansometrik ölçmələr zamanı I=const şərtini nəzərə alan hal düstürü vasitəsilə müqaviməti hesablamaq mümkündür. Yuxarıda qeyd edilən prosesləri icra etmək üçün müəyyən ölçü sxemlərindən istifadə edilir. Bütün deyilənləri nəzərə alaraq söyləyə bilərik ki, elektrik müqavimətin həm diaqnostik, həm də lokalizasiya məqsədi üçün ölçülməsi üçün aparat sisteminin yaradılması məqsədəuyğundur. Bioloji obyekt və ya toxumaların elektrik müqavimətinin ölçülməsi üçün əssən iki üsuldan istifadə olunur.
Hər iki ölçmə sistemində zodlayıcı cərəyan kimi dəyişən cərəyandan istifadə edilir. Umumilikdə ölçmə sistemlərində əsas məsələ minumum xəta ilə ölçmə prosesinnin reallaşdırılmasıdır. Bioloji obyektin elektrik müqavimətinin ölçülməsində yaranan ilk xəta obyektin en kəsiyinin müntəzəm olamamasından yaranır. Ölçmə prosesində digər bir xəta yaradan ünsür elektrod-dəri kontakt sahəsində yaranan polyarizasiya tutumudur. Fizioloji məhlullardan istifadə etməklə kontakt müqaviməti nəzərə alınmayacaq səviyyəyə qədər azaldıla bilərik. Polyarizasiya tutumunun ölçmə nəticəsinə təsirini minimallaşdırmaq üçün sinusoidal siqnalın istifadəsilə həll edilmişdir.[2].