Bioloji aktiv nöqtələr

Bioloji aktiv nöqtələr — Dəri üzərində yerləşən sinir sistemi vasitəsilə daxili orqanlarla əlaqədar olan sinir sonluqlarıdır.[1]

Bioloji aktiv nöqtələr və onların mahiyyəti[redaktə | mənbəni redaktə et]

Ənənəvi Çin müalicə metodu olan bioloji aktiv nöqtələrə (BAN) təsir 3000 illik tarixə malikdir. Şərqdə daşların yonularaq dərinin müəyyən yerlərinə batırılması bəzi xəstəliklərin müalicəsində istifadə edilmişdir. Qədim dövrə aid arxeoloji qazıntılar zamanı daşdan hazırlanmış iynələr buna sübüt olaraq götürülür. Buna görə də bioloji aktiv nöqtələrlə müalicənin tarixi elmə hələdə tam məlum deyildir. Tətbiq edildiyi gündən effektiv təsir göstərən bioloji aktiv nöqtələrlə müalicə hal-hazırda qeyri-ənənəvi tibbi müalicə üsulu olaraq aparıcı rol oynayır. BAN-lərin insan bədəninin bütün nahiyyələrində mövcuddur. BAN-lərə aşağıdakı kimi izahat vermək olar:

  1. Fizioloji cəhətədən BAN-lər elə nöqtələrdir ki, dəriyə çox yaxın yerləşmiş sinir sonluqlarıdır və bu nöqtələr piy hüceyrələrindən azad olunmuşdur. Qeyd edilən hal BAN-lərin spesifik xüsusiyyətidir.
  2. Fiziki cəhətdən BAN-lər elə nöqtələrdir ki, bu nöqtələrdə elektrik potensialı yüksək, elektrik müqaviməti isə çox aşağı (kənar nöqtələrə nəzərən) olur. Bu xüsusiyyətlər BAN-lərin fizioloji quruluşu ilə əlaqədardır. Qeyd etdiyimmiz kimi BAN-lərdə piy hüceyrələri demək olar ki, yoxdur və sinir sonluğudur. Məhz bu xüsusiyyət hesabına BAN-lərin elektrik potensialı yüksək olar. Piy hüceyrələrinin elektrik müqavimməti çox böyük olduğu üçün BAN-lərdə piy hüceyrələri az olduğunu nəzərə alaraq söyləyə bilərik ki, BAN-lərin elektrik müqavimməti çox aşağı olur.

BAN-lərin mərkəzi sinir sistemi ilə əlaqəsi müxtəlif tədqiqatlar aparılaraq öyrənilmişdir. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, BAN-lərin orqanizmin vəziyyəti ilə əlaqəlidir. Bundan sonra hər bir nöqtənin sinir sonluqları mərkəzi sinir sistemi ilə birbaşa əlaqəli olduğu və oradan da müvafiq orqanlarla əlaqəsinnin olması tədqiqatlar nəticəsində aşkarlandı. Bioloji aktiv nöqtələr bəzi ədəbiyyatlarda akupunktur nöqtələr olaraq da adlandırılır (akus-iynə, punktur-iynə). Akupunktur nöqtələrə təsir məqsədiylə bu üsullardan istifadə edilir: iynəbatırma, dağlama (maksoterapiya), vakum masajı, lazerpunktura, farmopunktura, nöqtə masajı elektropunktura. Çin təbabətində iynə batırma ilə müalicə geniş yayılmışdır. Müalicə prosesi həkimin profesionallığ dərəcəsindən asılıdır. Təsir göstəriləcək nöqtə düzgün təyin edilməlidir. Əgər iynə ilə nöqtəyə düzgün düşmədikdə küt ağrı hissiyatı yaranır. Nöqtə axtarışına davam etdikdə baxılan halda pasientdə diskonfort vəziyyəti yaranır. Pasient uşaqdırsa psixoloji olaraq qorxu hissi yaranacaq və müalicə prosesi davam etməyəcəkdir. Bu xoşa gəlməz halların yaşanmaması üçün impedansometrik metod vasitəsiylə nöqtələrin lokalizasiya prosesi aparılır və nöqtənin yeri təyin olunur. Təyin olunan nöqtəyə iynə daxil edilir və bu zaman pasientdə xüsusi qıcıqlanma hissiyatı yaranır.

Bioloji aktiv nöqtələrin fərqləndirici xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

BAN-lərin biofiziki parametrləri ərtəaf nöqtələrdən fərqlənir. Deyilən fərqlər aşağıda verilmişdir.

  1. Elektrik patensialları fərqlidir. Belə ki, xəstəlik zamanı BAN-lərin potensialı artır;
  2. Elektrik müqaviməti kiçikdir;
  3. Temperaturu nisbi yüksəkdir;
  4. Ultrabənövşəyi süalarını güçlü udmaları ilə fərqlənirlər;
  5. Mexaniki təsir zamanı ağrıya səbəb olur;

Bioloji aktiv nöqtələrin fərqləndirici xüsusiyyətləri (cəhətləri) tədqiqatlara elektrik metodlarından istifadə etməkləri üçün əsas oldu. Beləliklə bioloji aktiv nöqtələrin tədqiqat üsulu olan elektropunktur üsulu geniş istifadə olundu. Elektropunktur tədqiqat metodunun unikal (əsas) üstünlüyü insan orqanizminin daxili və xarici orqanların vəziyyətini zond və kontrast maddələr daxil etmədən, orqanizmi şüalandırmağa ehtiyac olmadan qiymətləndirmək imkanıdır.

Bioloji aktiv nöqtələrin təsir mexanizmi[redaktə | mənbəni redaktə et]

Akupunktur siqnalları (təsir göstərildikdən sonra) qalxan sensorlar vasitəsilə baş beyin qabığına çatdırılır. Beyin qabığının fəallaşması nəticəsində ağrı kəsici sistem fəaliyyətə başlayır. Bu oyanma prosesində hipotalamus, onurğa beyinin arxa buynuzu, talamus, mərkəzi boz maddə, beyin qabığı iştirak edir. Bioloji aktiv nöqtələrə təsir nəticəsində baş beynin ontinosiseptik stukturu stimulyasiya olunur, kimyəvi agentlər yaranır. Onlarda xüsusi analgetik effektə malikdirlər. Akupunktur müalicə aşağıda qeyd olunan xəstəliklər zamanı istifadə edilir: neyrosilkulyator distoniya hipertamiya tipi, onurğa osteoxondrozu, nevralgiya, neyro-vegetativ rinosinusopatiya, bronxial astma, bronxit və ya xroniki bronxit. Akupunktur nöqtələr çox vaxt sinir meridianlarına yaxın məsafələrdə (nöqtələrdə) yerləşir. Bu xassə akupunktur nöqtələrin fizioloji xassəsi sayılır. Qeyd edək ki, akupunktur nöqtələrin olduğu sahə (dəri üzərində müəyyən sahə) sinir sonluqları ilə zəngindir. Buradan da aydındır ki, akupunktur nöqələrə təsir etsək, deməli bir başa olaraq sinir sonluqlarına təsir edilir. Sinirdə yaranan repolyarizasiya (yəni bioelektrik siqnalının yaranması-güclənməsi) nəticəsində qıcıqlanma yaranır. Mərkəzi sinir sistemi onurğa beyin vasitəsiylə uyğun daxili orqanlarla əlaqədardır. Onurğa beyni vasitəsiylə yaranan əlaqəyə görə söyləmək olar ki, sinirdə yaranan müalicəvi elektrik qıcığı sinirin aid olduğu daxili orqanda da qıcıqlanma yaradır. Aşağıdakı şəkildə akupunktur nöqtə ilə onurğa beyin arasındakı əlaqə sxemi göstərilmişdir (şəkil 1).

Şəkil 1. Akupunktur-Onurğa beyin əlaqəsi

Bioloji aktiv nöqtələrlə müalicə texnikası[redaktə | mənbəni redaktə et]

Bioloji aktiv nöqtələrin insan bədənində sayı 1000-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərdə yerləşir. Əsasən çox istifadə olunan nöqtələr əllərdə, qulaqda (arikulyarpunktur), ayaqlarda yerləşir. Bundan başqa hər bir orqanın meridanları vardır ki, bioloji aktiv nöqtələr həmin meridianlar üzərində yerləşərək enerji axında iştirak edirlər. Bioloji aktiv nöqtələrlə müalicə texnikasını göstərmək üçün prostat meridanı üzərində yerləşən nöqtələrdən istifadə edilərək hansı xəstəliklərin müalicə olunmasına baxaq.

Şəkil 2. Prostat meridianı

Prostat meridianı cinsi orqanın üst nahiyyəsindən (VC1) başlanıb orta xətt üzrə döş qəfəsindən keçərək alt çənədə sonlanır (VC24). Prostat meridianı üzərində 24 akupunktur nöqtə qeyd edilir. VC1 akupunktur nöqtəsi- Xarici cinsiyyət orqanı ilə anus arasında yerləşir. Kişi cinsi orqanın baş hissəsində olan ağrılar, kişi sonsuzluğu, sidik qaçırma, cisni orqanda qaşıntı müxtəlif iltihabi proseslər, qəbzlik və s patologiyalar zamanı bu nöqtəyə təsir göstərməklə müalicə olunmaq mümkündür. Bu nöqtəyə iynə batırarkın iynə 0.5 sm dərinliyinə qədər batırılması və təxminən 5-10 dəq iynənın qalması məsləhət görülür. VC2 akupunktur nöqtəsi- Qasığın üst hissəsinin ortasında yerləşir. Sidik kisəsinin bakterial iltihabı (sistit), endometrioz (uşaqlıq yolunun selikli qişasının iltihabı), qadınlarda uşaqlıq yolunun eroziyası, involyusiya (hipertrofiya olmuş orqanın köhnə vəziyyətinə dönməsi misal üçün doğuşdan sonra cinsi orqanın əvvəlki vəziyyətini bərpasının geçikməsi) zamanı, xayaların iltihabı, kişi sonsuzluğu və s patologiyalar zamanı bu nöqtəyə təsir göstərməklə müalicə olunmaq mümkündür. Bu nöqtəyə iynə batırarkın iynə 1.5 sm dərinliyinə qədər batırılması və təxminən 10-20 dəq iynənın qalması məsləhət görülür. VC3 akupunktur nöqtəsi- Qarnın orta xətti üzərində göbək dəliyində 4 tsun aşağıda yerləşir. Qadınlarda adət pozğunluğu, qısırlıq, vaginanın qanaması, xarici cinsiyyət orqanınnın iltihabi xətəlikləri və qaşıntı, tez-tez sidiyə getmə, sidik qaçırma və s patologiyalar zamanı bu nöqtəyə təsir göstərməklə müalicə olunmaq mümkündür. Bu nöqtəyə iynə batırarkən iynə 2 və 2.5 sm dərinliyinə qədər batırılması və təxminən 10-30 dəq iynənin qalması məsləhət görülür. VC4 akupunktur nöqtəsi- Qarnın orta xətti üzərində göbək dəliyində 3 tsun aşağıda yerləşir. Eyni zamanda bu nöqtə nazik bağırsaq meridianının başlanğıc nöqtəsidir. Qadınlarda adət bozukluğu, sidik qaçırma, bağırsaq kolitləri, qanlı sidiyin gəlməsi, sidiyə getmə zamanı göynəmə və ağrılar, qarnın ön nahiyyəsində sinaptik ağrılar və s patologiyalar zamanı bu nöqtəyə təsir göstərməklə müalicə olunmaq mümkündür. Bu nöqtəyə iynə batırarkən iynə 2.5-4 sm ( piy hüceyrə qatı nəzərə alınmaqla) dərinliyinə qədər batırılması və təxminən 20-30 dəq iynənin qalması məsləhət görülür. VC5 akupunktur nöqtəsi- Qarnın orta xətti üzərində göbək dəliyində 2 tsun aşağıda yerləşir. Eyni zamanda bu nöqtə onurğa meridianın başlanğıc nöqtəsidir. Metroragiya (menstruasiyadan xaric uşaqlıq qanaxması), qarına su yığılması, ishal, dispepsiya (həzmin pozulmması), göbək ətrafı ağrılar, yumurtalığın daxilə çəkilməsi, qarnın aşağı nahiyyəsində sinaptik ağrılar və s patologiyalar zamanı bu nöqtəyə təsir göstərməklə müalicə olunmaq mümkündür. Bu nöqtəyə iynə batırarkən iynə 1.5- 2.5 sm dərinliyinə qədər batırılması və təxminən 10-15 dəq iynənın qalması məsləhət görülür[2].

Bioloji aktiv nöqtələrin lokallaşdırılması[redaktə | mənbəni redaktə et]

Bioloji aktiv nöqtələrin yeri xüsusi atlas vasitəsiylə təyin edilir. Lakin hər xəstə invidual xarakteristikalara malik olduğunu nəzərə alaraq söyləmək olar ki, nöqtənin yerində sapmalar olur. Misal üçün onurğa meridianın başlanğıc nötəsi olan J1 nöqtəsi üzük barmağının dirsək hissəsində, dırnaqdan 0.3 sm aralı bir məsafədə yerləşdiyi məlumdur. Bu xarakteristikalar görə nöqtənin yerini təyin etmək olar, amma invidual xarakteristiklar nəzərə alaraq söyləmək olar ki, hər xəstədə üzük barmağının ölçüləri eyni deyildir. Deyilənləri nəzərə alaraq söyləmək olar ki, düzgün müalicə prosesini aparmaq nöqtənin dəqiq yerini təyin etmək lazımdır. Nöqtənin yerini təyin edilməsi lokallaşdırılması adlanır. Lokallaşdırılma prosesinin əsasını müxtəlif üsullarla bioloji aktiv nöqtənin yerini tapılması təşkil edir. Lokallaşdırma prosesini aparmaq üçün oriyentasiya qaydasından istifadə edirlər. Bu qaydaya əsasən hər bir nöqtə tsun ölçü vahidi ilə təyin edilir. Tsun ölçü vahidi insanın əl barmaqlarının ölçülərinə görə təyin edilir. Beləki baş barmağın birləşdiyi falanqanın uzunluğu 1.5 tsun , işarət və barmağın birlikdə birləşdiyi falanqadakı uzunluqları 2 tsun qəbul edilmişdir. Misal olaraq Qaraciyər meridanında yerləşən L3 noqtəsini taparkən birinci və ikinci daraq sümüyü arasındakı çuxurda, 0.5 tsun qədər daraq sümüyündən yuxarıda yerləşir. Orientasiya metodu bəzən effektiv nəticə vermir. Buna görədə daha efektiv müalicə prosesini aparmaq üçün elektrik keçiriciliyin ( müqavimətin) ölçülməsinə əsaslanan lokallaşdırma metodudan istifadə edilir. Bu metodun mahiyyəti bioloji aktiv nöqtələrin elektrik müqavimətlərinin digər kənar nöqtələrə nəzərən çox-çox (həttə 100-1000 dəfə) kiçik olması təşkil edir. Bu prinsip bioloji aktiv nöqtələrin lokallaşdırmasının əsasını təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, dəri üzərində yerləşmiş nöqtələrin elektrik müqavimətini ölçərək həmin nöqtə haqqında informasiya əldə etmək olar.

Lokallaşdırma üsulları[redaktə | mənbəni redaktə et]

Bioloji aktiv nöqtələrin elektrik müqavimətini təyin etmək üçün bir neçə ölçmə üsulundan istifadə etmək olar.

  1. İki elektrodlu ölçmə üsulu
  2. Üç elektrodlu ölçmə üsulu
  3. Dörd elektrodlu ölçmə üsulu

Adları çəkilən üsullardan iki elektrodlu ölçmə üsulu və dörd elektrodlu ölçmə üsulları geniş tətbiq olunur. Hər iki metodun fərqli və oxşar cəhətləri aşağıda qeyd olunmuşdur.

  1. İki elektrodlu ölçmə üsulu daha sadədir. Dörd elektrodlu ölçmə üsulunun isə nisbətən ölçmə mexanizmi daha mürəkkəbdir.
  2. İki elektrodlu ölçmə üsuludan istifadə zamanı sistematik (müəyyən qanunla dəyişən) xəta yaranır. Dörd elektrodlu ölçmə üsulu isə bu xəta yaranmır.
  3. İki elektrodlu ölçmə üsulu kiçik məsafələrdə yerləşən bioloji aktiv nöqtələrin elektrik müqavimətinin ölçülməsi üçün idealdır. Dörd elektrodlu ölçmə üsulu isə müəyyən məsafədə yerləşən bioloji aktiv nöqtələrin elektrik müqavimətinin ölçülməsi üçün daha effektlidir.
  4. İki elektrodlu ölçmə üsulunda ölçüləcək sahə düzgün həndəsi formaya malik olmalıdır (bu xassəyə əsasən bioloji mayelərin elektrik keçiriciliyinin ölçülməsində tətbiq olunur misal üçün qanın elektrik parametrlərinin ölçüləməsi).

Baxılan hər bir ölçmə üsulunun iş prinsipi eynidir. Hər iki halda stabil cərəyan mənbəyindən istifadə edilir. İki parametrin ölçülməsi çətinlik törətdiyindən onlardan birinin stabil götürülərək digərinin ölçülməsi məsələsinə baxaq. Ölçmə zamanı I=const şərti ödənilməlidir, çünki axıdılan cərəyanla bioloji obyektin müqaviməti arasındakı asılılıq xətti xarakter daşımalıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1. Н.А. Кореневский, Е.П. “Попецителев, С.П. Серегин Медицинские приборы, аппараты, системы и компилексы” Курск 2009, с.983
  2. 13. http://mingitaw.com/tag/akupunktur/page/3/ Arxivləşdirilib 2018-12-16 at the Wayback Machine

Mənbələr[redaktə | mənbəni redaktə et]

  1. Н.А. Кореневский, Е.П. “Попецителев, С.П. Серегин Медицинские приборы, аппараты, системы и компилексы” Курск 2009, с.983
  2. Azərbaycan Respublikasının Ümumimilli ideri Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Gənclər və Elmi İnovasiyalar” adlı elmi-texniki konfransı “Bioloji aktiv nöqtələrin lokallaşdırılması” Əliyev T.A., Qafarov Q.A. Bakı 2017, səh 180-182.