Bioloji oksidləşmə

[1]Bioloji oksidləşmə – canlı hüceyrə və toxumalarda oksigenin sərfi ilə üzvi maddələrin parçalanması nəticəsində və karbon qazının ayrılması ilə gedən prosesdir.

Bioloji oksidləşmə haqqında müasir nəzəriyələr[redaktə | mənbəni redaktə et]

1774-cü ildə Fransız alimi A.Lavuazye müəyyən etdi ki, yanma maddələrin oksigenlə oksidləşməsindən ibarətdir. Başqa sözlə, tənəffüs yanma prosesi ilə eyniyyət təşkil edir. Bioloji oksidləşməyə dair bir sıra alimlər müxtəlif fikirlər irəli sürmüşdür. Məsələn, N.Sösürün, E.Saks, F.Şenbay, Van-Hoff və s. Bu alimlərin irəli sürdüyü fikirlər bioloji oksidləşmənin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. F.Şenbayaya görə oksidləşmədə ozon iştirak edir. 1897-ci ildə toxumaların tənəffüsü bioloji oksidləşməyə dair ilk hipotez irəli sürüldü. Bu hipoteza peroksid nəzəriyyəsi adlanır. Bu hipotezanı bir-birindən aslı olmayaraq rus alimi A.N.Bax və alman alimi K.Engler hazırlamışdır. Ona görə də peroksid nəzəriyəyə A.N. – K.Engler nəzəriyyəsi də deyilir. Bu hipotezin əsas məğzi ondan ibarətdir ki, tənəffüs zamanı oksigen molekulları fəallaşdırılır və peroksid birləşmələri yaranır. Göstərilən proseslərin getməsi üçün oksidaza və peroksidaza fermentləri olduqca zəruridir. Sonralar müəyyən edilmişdir ki, tənəffüs zamanı maddələrin oksidləşməsində yuxarıda qeyd edilən proseslər müstəsna hal təşkil edir. Yəni bütün maddələr üçün eyni deyildir. Hal-hazırda müəyyən edilmişdir ki, üzvi maddələrin oksidləşməsi mitoxondrilərdə deyil, ağciyərin mikrosomlarında gedir. Toxunma tənəffüsünün əsas mexanizmini alman alimi O.Varburq işləyib hazırlamışdır. O, hesab edirdi ki, toxuma tənəffüsündə əsas mərhələ oksigenin aktivləşdirilməsidir. Məhz oksigen aktivləşəndən sonra hidrogenə birləşib su əmələ gətirir. 1912-ci ildə O.Varburq oksigeni aktivləşdirən hem tərkibli proteid aldı və buna sitoxromoksidaza adını verdi. Həmin ildə BatelliŞtern dehidrogeneza fermentini kəşf etdi və göstərdilər ki, toxuma tənəffüsündə fəallaşmış oksigen deyil, toxumalarda aktivləşən hidrogendir. 1912-ci ildə V.İ.Palladin toxuma tənəffüsünün sxemini vermişdir və göstərmişdir ki, tənəffüs zəncirində dehidrogenləşmə mühüm rol oynayır. Başqa sözlə, onun hipotezi hidrogenin aktivləşməsi adlanır. Sonralar Q.VilandTunberq sübut etdilər ki, oksigenin fəallaşması dehidrogenaza fermentinin köməyilə əldə edilir. Beləliklə V.İ.Palladinin hipotezi təcrübədə öz təsdiqini tapdı.

Tənəffüs zənciri[redaktə | mənbəni redaktə et]

1933-cü ildə D.Keylin sitoxromları kəşf etdi və müəyyənləşdirdi ki, onlar elektronların hidrogendən oksigenə aralıq daşıyıcısı rolunu oynayır. Qeyd etmək olar ki, həqiqətən də dehidrogenezaların iştirakı ilə substratdakı hidrogenlərin fəallaşdırılması və oksidazaların iştirakı ilə oksigenin oksidləşməsindən ibarətdir. Müasir elmi təlimə görə toxumaların tənəffüsü üçün çoxlu ferment zəncirləri ilə təşkil olunmuş substrat hidrogenlərinin elektronlarının və protonlarının oksigenə daşınmasından ibarətdir. Bu prosesə tənəffüs zənciri deyilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev. Həyat fəaliyyətinin kimyəvi əsasları, Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2009, 288 s.