Bioloji ritmlər

Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. Yer üzərində yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışdır. Bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq,fəsil,illik və bu kimi ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat “ adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır.”Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək,gündüz və gecə vaxtı ölçmək qabiliyyətidir.Bütün orqanizmlər üçün səciyyəvidir. Normal fizioloji proseslərin getməsi üçün gecə və gündüzün növbələşməsi vacibdir. “Bioloji saat” orqanizmdə fizioloji proseslərin idarə olunmasında (məsələn,hüceyrənin bölünməsində) iştirak edir. Orqanizmlərdə sutkalıq və fəsil ritmləri aydın nəzərə çarpır: Sutkalıq ritmlər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir.Temperaturun da sutka ərzində dəyişməsi sutkalıq ritmə aiddir.İşığın təsiri ilə gün ərzində fəallıq və dinclik fazaları bir-birini əvəz edir.Gündüz həyat tərzi keçirən canlılar sutkanın işıqlı şəraitində fəal olurlar. Gecə həyat tərzi keçirənlər isə gecə fəal olurlar. Fəsil ritmləri: Yerin Günəş ətrafında fırlanması ilə baş verir. Bir çox növlərdə inkişafın, böyümənin, çoxalmanın illik tsikli mövcuddur. Mövsüm hadisələri ilə əlaqədar olaraq il ərzində temperaturun dəyişilməsi həyat proseslərinin sürətinə təsir etsə də, onu tam müəyyən etmir. Bir çox hallarda yazda və payızda temperatur eyni olsa da, canlı təbiət hadisələri müxtəlif istiqamətlərdə gedir.Orqanizmlərdə qışa hazırlıq hələ yayda temperatur yüksək olduqda baş verir.Orqanizmlər üçün təkcə temperatur deyil, günün uzunluğu da həlledici amil kimi rol oynayır.Bu və ya digər fəslin yaxınlaşması üçün siqnal rolunu temperaturun illik gedişi ilə müşayiət olunan günün uzunluğunun dəyişməsi oynayır. Orqanizmin günün uzunluğuna qarşı verdiyi cavab reaksiyası fotoperiodizm adlanır. Fotoperiodizm mövsüm hadisələrinə uyğunlaşmanı təmin edir.Onun meydana gəlməsi təkcə işıqlanmanın intensivliyindən deyil, həmçinin sutkada işıq və qaranlığın növbələşməsi ilə əlaqədardır. Orqanizmin günün uzunluğuna cavabvermə qabiliyyəti, fəsil dəyişməsinə fizioloji uyğunlaşmanı vaxtında təmin edir.Fotoperiodik reaksiyalar iki tipə ayırırlar: qısagünlü və uzungünlü. Günün uzanmasına orqanizmlər həyat aktivliyinin artması ilə cavab verirlər.Günün uzunluğu adətən, temperatur dəyişməsi ilə müşayiət olunur və orqanizmlərin qış-yaz hazırlığı üçün siqnal amili rolunu oynayır. İnsan orqanizmində biolloji saatla idarə olunan 300-dən çox funksiya və proses olduğu müəyyən edilmişdir. Məsələn,sutka ərzində insanın nəbz vurğusu artıb-azala bilər: Səhər saat 9-10-da normaya çatır; Saat 13-14-də azalır; Saat 16-18 arası tezləşir; Saat 22-23-də isə yavaşıyır. İnsanın qan təzyiqi saat 12-13 arası və 18-də maksimum olur.Ən aşağı göstəricilər isə səhər tezdən saat 23-24-də olur. Qanda qlükozanın miqdarı sutka ərzində dəyişir. Maksimal miqdar saat 2,9,14,18 və 22-də olur. Bədənimizin temperaturu da sutkalıq ritmdən asılıdır. Səhər minimum, günün ikinci yarısında isə (saat18-də) maksimal olur. Günlük bioritmlər: Bütün canlıların, o cümlədən, yalnız güclü mikroskop vasitəsilə görünən kiçik bakteriayaların da gündəlik bioritmləri var: təqribən 24 saat davam edən bioloji proses ümumilikdə bizim həyat ritmimizi müəyyən edir. Hesab edilir ki, Yer üzündə ilk canlı hüceyrə gündüz vaxtı ultrabənövşəyi şüaların təsiri ilə zərər görüb, axşam isə bərpa olunub. İnsan orqanizmi də belə işləyir. Gecə vaxtı, yuxuda olan zaman bərpa prosesləri fəaliyyətə başlayır. Gündəlik bioritmlər canlılara gecənin və gündüzün, yayın və qışın gəldiyini əvvəlcədən bilmək və bu hadisələrə hazırlaşmaq imkanı verir. Sinxronizasiya prosesinə cavab verən əsas bioloji saat hipotalamusda (beyin nahiyəsi) yerləşir. Bu saat-sinxronizatorlar gün ərzində müxtəlif vaxtlarda sizə müəyyən tənzimləyici siqnallar göndərir. Bütün orqanların və toxumaların periferik saatları var, hansı ki, hipotalamusdakı əsas saatla sinxronlaşır. Orqanizmin hər hüceyrəsi 24 saat ərzində hüceyrədə baş verən dəyişikliklərə cavab verən öz daxili saatı ilə yaşayır. Gecələr uzun olan zaman beyin yuxunu və oyanıqlığı tənzimləyən melatonin harmonunu daha çox istehsal edir. İnsan orqanizmi də bu dəyişikliklərə reaksiya verir və ilin soyuq vaxtları üçün səciyyəvi olan müxtəlif infeksiyalarla mübarizə aparmaq üçün qışda daha çox antitel istehsal edir. Gözlərinizdə yerləşən sensorlar işığa və qaranlığa reaksiya verərək, orqanizminizdəki sinxronizasiya prosseslərinə cavab verən siqnalları beyinə ötürür. Yuxudan oyanan andan orqanizm yuxuya hazırlaşır. Lakin bioloji saatınız yatmaq vaxtını deməyənə qədər siz yatmayacaqsınız. Jet lag - insanın gündəlik təbii ritmiylə sirkadiya ritminin uyğun gəlməməsidir. Biz "jet lag" barədə o zaman danışırıq ki, orqanizmin bioloji saatı bir saat qurşağında işləyir, bədənin digər hissələri - ciyər, bağırsaq, beyin və əzələlər digər saat qurşağında yaşayır. Bu saatların fəaliyyətinin sinxronlaşdırılması üçün hər saat qurşağı bir günə yaxın olmalıdır. Yəni insan saat qurşağı ilə müqayisədə 3 saatlıq fərq təşkil edən şəhərə gəlibsə, o zaman orqanizmə uyğunlaşması üçün 3 gün vaxt lazımdır. Sosial jet lag dəyişkən cədvəllə işləməyə məcbur olanlar və ya "sosial" və "bioloji" saatı sinxronlaşmadan güclü çıxanlar üçün səciyyəvidir. Əgər zəngli saat bioloji saat oyanmaq üçün siqnal verməzdən əvvəl zəng çalırsa, deməli siz "sosial jet lag" rejimində yaşayırsınız. Bir çox araşdırmalar sübut edir ki, "sosial" və "bioloji" saat arasındakı uyğunsuzluq depressiya, ürək xəstəlikləri, diabet, piylənmə və hətta xərçəngin yaranma riskini artırır.