Biomüxtəlifliyin azalması — heyvan və ya bitki növlərinin azalması və həmçinin nəsillərinin kəsilməsi hadisəsidir.
Bu hadisə mühit deqradasiyasının ekoloji yenidənqurma prosesinin mümkünlüyündən asılı olaraq müvəqqəti və ya daimi ola bilər. Heyvanların qlobal nəsli kəsilməsi geri qaytarıla bilinməyəcəyi artıq sübut edilib.
Daimi qlobal növlərin azalması, təbiidir ki, "regional növlərin kompozisiyasında dəyişikliklər" ifadəsindən daha dramatikdir. Ancaq növlərin sağlam və sabit vəziyyətində çox kiçik dəyişikliklər belə qida şəbəkəsinə böyük təsirlər edə bilər. Bu təsir isə özünü birbaşa növlər üzərində göstərir və nəticədə zəncirvari nəsil kəsilmələri baş verir. Biomüxtəlifliyin azalmasının isə pis nəticələri ola bilər. Biomüxtəlifliyin azalması ekoloji sistemin bizə göstərdiyi xidmətlərin azalması deməkdir, bu isə öz növbəsində qida təhlükəsizliyi və bəşəriyyət üçün böyük təhlükədir.[1]
Hazırkı qlobal müxtəliflik itkisi nisbəti əvvəlkindən 100 – 1000 arası dəfələrlə daha yüksəkdir və növbəti illərdə daha da yüksələcəyi güman edilir.[2][3]
Yerli olaraq əhatəyə alınmış itki nisbətləri növlərin zənginliyi və zamana görə dəyişikliyi ilə ölçülə bilər. Əldə edilən xam nəticələr ekoloji cəhətdən ümumi çoxluqla üst-üstə düşməyə bilər. Ümumi statistikanı nəzərə alaraq nəzərə çarpacaq sayda biomüxtəliflik indeksləri təkmilləşdirilib. Zənginliklə yanaşı eynilik və heterogenlik də müxtəlifliyin ölçülməsi üçün əsas ölçülərdən hesab edilir.
Bütün müxtəliflik ölçülərində olduğu kimi müşahidənin məkanca və müvəqqəti cəhətlərinin təsnif edilməsi önəmlidir. "Müvəqqəti və məkana aid cəhətlərin mürəkkəbliliyi genişləndikcə təriflər daha qeyri-dəqiq olur"[4]. Biomüxtəliflik öz-özlüyündə də müxtəlif ölçülərə (məs: ekosistem müxtəlifliyinə qarşı məskən müxtəlifliyi hətta biomüxtəlifliyə qarşı məskən müxtəlifliyi[4]) yaxud müxtəlif alt kateqoriyalara bölünə bilər (məs: filogenetik müxtəliflik, növ müxtəlifliyi, genetik müxtəliflik, nukleotid müxtəlifliyi). Qapalı ərazilərdəki xalis itki ilə bağlı suallar hələ də müzakirə mövzusudur, lakin daha uzun müşahidə vaxtları itki təxminlərinin dəqiqləşdirilməsi cəhətdən faydalı olaraq dəyərləndirilir.[5][6]
Fərqli coğrafi regionlardakı nisbətləri müqayisə etmək üçün növlərin müxtəlifliyinə dair en dairəsi maillikləri də nəzərə alınmalıdır.
Sürətlənən itki nisbətinin ardınca gələn biotik stresin əsas faktorları bunlardır:[7]
Məskən itkisi və ya deqradasiya
Torpaqdan istifadənin istismarı biomüxtəlifliyin itkisinə birbaşa təsir göstərdiyinə görə ekoloji servislərin itkisində əsas rol oynayan faktor olaraq qeydə alınır.[8]
İstilik və quraqlıqla nəticələnən iqlim dəyişikliyi
Evtrofikasiya və çirklənmənin başqa növləri
Resursların həddindən artıq istehlakı (məs: qeyri-müstəhkəm balıqçılıq metodları). Biz planetin özündən 25% daha çox təbii resurs istismar edirik.
İnsan yaşayışını, ənənələrini və yaşayışını məhv edən hərbi münaqişələr. Bu tip münaqişələr iqtisadi olaraq dəyərli heyvan növlərinin istismarını intensivləşdirir və nəslin kəsilməsinə gətirib çıxarır.[9]
Bir məskənin öz heyvanlarını xaricləşdirib o yerləri ələ keçirən işğalçı növlər.[10]
İnsan fəaliyyəti dünyanın canlılar üçün həyat mənbəyi olmasını çətinləşdirir. 30% məməli, amfibiya və quş növlərini də təhlükəyə atır.[11]
2017-ci ildə bir sıra nəşriyyat buraxılışlarında son 27 il ərzinə Almaniyada və Şimali Amerikadakı həşərat biokütləsində dramatik azalma müşahidə edildiyi dərc edilib.[12][13] Azalmanın mümkün səbəbləri olaraq müəlliflər neonikotinoidləri və aqrokimyəvi maddələri göstərir. Hallman et al. (2017) PLOS One jurnalında qeyd edib: "biokütlənin geniş şəkildə azalması həyəcan təbili çalır".[14]
2019-cu ildə Birləşmiş Millətlərin Qida və Kənd Təsərrüfatı Təşkilatı Dünyanın Qida və Kənd Təsərrüfatı üçün Biomüxtəliflik Vəziyyəti ilə bağlı ilk hesabatını hazırlayıb. Bu hesabatda xəbərdarlıq edilir: "bir çox qida və kənd təsərrüfatı üçün biomüxtəlifliyin açar komponentləri və ekosistem səviyyələri düşüşdədir".[16][17] Məruzədə qeyd edilir ki, bu hadisə "bir sıra müxtəlif səviyyələrdə çalışan vasitələr" səbəbindən baş verir, yəni "böyük qlobal trendlər, (məs: iqlim dəyişikliyi, beynəlxalq marketlər) demoqrafiya artımı (məs: torpaq istifadəsinin dəyişimi, çirklənmə və xarici cisimlərin təbiət üzərində ifrat dərəcədə istismarı, ifrat əkinçilik). Vasitələr arasındakı əlaqələr QKTB (Qida və Kənd Təsərrüfatı üçün Biomüxtəliflik) vəziyyətini daha da pisləşdirir. Demoqrafik dəyişikliklər, urbanizasiya, marketlər, alver və istehlakçı seçimlərinin qida sistemləri və QKTB üzərində mənfi təsirləri olur. Lakin bu cür vasitələrin qida sistemlərini daha müstəhkəm qılmaq üçün fürsətlər verdiyi deyilir, məsələn: biomüxtəliflik cəhətdən əlverişli malların satıldığı marketlərin təkmilləşdirilməsi.[18]
2019 IPBES Biomüxtəliflik və Ekosistemlə bağlı Qlobal Yoxlama Hesabatı bəyan edir ki, sənaye fermerliyi məhv olan biomüxtəlifliyin ən əsas faktorudur.[19] İnsanların sağlamlığı ekosistemin məhsulundan böyük dərəcədə asılıdır. Biomüxtəliflik insanlara müstəhkəm səviyyətdə torpaq əldə etməyi və qida əldə etmək üçün genetik faktorları əldə etmək vasitələrini mümkün qılır.[20]
↑ 12Taqliapietra, Davide; Siqovini, Marko. "Biological diversity and habitat diversity: a matter of Science and perception". Terre et Environnement ( PDF). 88. səh. 147–155. ISBN2-940153-87-6.
↑Qonzalez, Endrü; Kardinale, Bredli J.; Allinqton, Ginger R. H.; Birnes, Jarret; Artur Endsley, K.; Braun, Daniel G.; Huper, Devid U.; İsbel, Forest; O'Konnor, Meri I.; Lorü, Miçel (2016). "Estimating local biodiversity change: a critique of papers claiming no net loss of local diversity"Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. Ecology. 97 (8): 1949–1960. doi:10.1890/15–1759.1. PMID27859190Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. two recent data meta-analyses have found that species richness is decreasing in some locations and is increasing in others. When these trends are combined, these papers argued there has been no net change in species richness, and suggested this pattern is globally representative of biodiversity change at local scales