Bion (peyk)

Bion peyki , (həmçinin biocosmos adlandırılır). Onlar Kosmos peyklərinin bir hissəsi olub, Sovet (indiki Rusiya) Biopeyklər sırasına daxildir.

Bion
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bion kosmik proqramı

[redaktə | mənbəni redaktə et]

Sovet biopeyk proqramı 1960-cı ildə Kosmos 110 adı ilə başlamışdır və 1973-cü ildə Kosmos605 ilə davam etmişdir. Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmik müəssisələr sahəsində əməkdaşlıq 1971-ci ildə ABŞSovet İttifaqının Elm və Tətbiq Sazişinin (kosmik tədqiqat əməkdaşlığına dair razılaşma daxil edildi) imzalanması ilə başlanmışdır.

1969-cı ildə U.S biopeyk layihəsinin ləğvindən bir neçə il sonra, Sovet İttifaqı ilk dəfə 1974-cü ildə ABŞ-nin təcrübələrini Kosmos biopeykində keçirilməsini təklif etdi. Bu təklif 1975-ci ildə ABŞ-Sovet araşdırmasının Kosmos 782 missiyasının başlanması zamanı həyata keçirildi. Bion kosmik gəmisi Zenit peykinə əsaslanırdı və 1973-cü ildə başlaması ilə insanlara radiasiya təsiri problemlərinə əsas diqqət yetirildi. Başlanğıc proqrama Kosmos 110, 605, 690, 782, əlavə olaraq Zenit-2M kəşfiyyat peykləri üzərində uçan Nauka modulları daxildir. Nauka modulunda 90 kq-lıq avadanlıq ola bilərdi.

Sovet / Rus Bion proqramı, ABŞ tədqiqatçılarını, Fundamental Kosmos Biologiya və biotibbi eksperimentlərin kosmosa buraxılması üçün bir platforma ilə təmin etdi. 1966-cı ildə başlanan Bion proqramı, yerə yaxın orbitdə bir biopeykdə primatlar, gəmiricilər, həşəratlar, hüceyrələr və bitkilər istifadə edərək bioloji təcrübələrin aparıldığı bir sıra missiyalardan ibarət idi.
NASA proqrama 1975-ci ildə cəlb edilmiş və 11 Bion missiyasının 9-da iştirak etmişdir. NASA 1996-cı ilin dekabrında başlanan Bion 11 missiyası ilə proqramda iştirakını başa vurdu. Bu əməkdaşlıq ABŞ-də 100-dən çox təcrübəyə gətirib çıxardı, Amerika Birləşmiş Ştatları təbiət elmlərində olan bütün təcrübələrin yarısı insan tərəfindən idarə olunmayan obyektlərdə aparıldı.[1]

Missiyalar beş gündən (Bion 6) 22 günə qədər dəyişirdi (Bion 1 və Kosmos 110) [2]

2005-ci ildə Bion proqramı üç yeni Bion-M modifikasiya edilmiş peyklə bərpa olundu - ilk uçuş 19 aprel 2013-cü il tarixində Qazaxıstanın Baykonur kosmodromundan başlayıb.

Bion-M1 yeni seriyasının ilk peyki Alman Aerokosmik Mərkəzi (DLR)tərəfindən təqdim edilən akvariumla 45 siçovul, 18 monqol gerbili, 15 geko, ilbizlər, balıq və mikroorqanizmlərlə 30 gün ərzində orbitə daxil olmuşdur.[3] Gerbillərin hamısı avadanlıq çatışmazlığından, siçovulların isə yarısı təxmin edildiyi kimi həlak olmuşdu.[4] Yalnız digər canlılar təcrübədən müvəfəqiyyətlə keçdilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Past Programs: Bion Biosatellite Program"
  2. Bion
  3. "Russia retrieves mice, newts from space"
  4. ""Gerbils, half of mice die during satellite flight - experiment chief"". 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.