Biosidlər və biostatiklər

Biosidlər və Biostatiklər - yanacaqların iki üsulla biozədələnmədən qorunması üçün nəzərdə tutulmuşdur. Birinci üsula görə, mikrob hüceyrələrinin fermentləri karbohidrogenlərin hava oksigeni (aerob mexanizmi) və ya sulfatların sulfatreduksiyaedici bakteriyalarla reduksiyası zamanı ayrılan oksigenlə (anaerob mexanizmi) oksidləşməsinə katalitik təsir göstərir.

Prosesə bakteriyaların bəzi həyat fəaliyyəti məhsullarının dispersləşdirici təsiri kömək edir. İkinci üsula görə, mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları yanacağı korlayır, onun nasosla vurulma qabiliyyətini pisləşdirir və korroziya aqressivliyini artırır. Biosidlər yanacaqda meydana çıxan mikroorqanizmləri məhv edir, biostatiklər onların inkişafını ləngidir. Biosid və biostatiklər yanacaqlarda nadir halda istifadə olunur. Belə ki, mikroorqanizmlərin intensiv inkişafı üçün isti və nəm iqlim tələb olunur.

Təsir prinsipi[redaktə | mənbəni redaktə et]

Biosidlər və Biostatiklər üç müxtrəlif mexanizm üzrə təsir göstərir. Etilendiamintetrasirkə turşusu və ya qlutaraldehid növ aşqarlar hüceyrənin xarici struktur funksiyalarını inhibirləşdirir, digərləri (spirtlər, sellozolvlar, səthi-aktiv maddələr) bakteriya hüceyrələrinin divarlarını dağıdır. Üçüncülər (aldehidlər, alkilləşdirici agentlər) sitoplazmatik strukturu – amin turşuları, zülallar və s. pozur.

Effektlilik göstəricisi[redaktə | mənbəni redaktə et]

Biosidin effektlilik göstəricisi sınaq şəraitində olan aşqarlı yanacaqda quru biokütlənin çəkisinin artmasıdır.

Qeyd etmək lazımdır ki, müxtəlif göbələklərbakteriyalara (yanacaqlarda on minlərlə aşkar olunub) münasibətdə biosidlərin toksikliyi müxtəlifdir. Əksər hallarda, aşqarların səmərəliliyini qiymətləndirmək üçün ən çox yayılmış bakteriyalar, məsələn Cladosporium resinae, və ya Micobacterium lacticolum əsasında hazırlanmış nümunələrdən istifadə edirlər. MDU-da (ГОСТ 9.023-74 «Топлива нефтяные. Метод лабораторных испытаний биостойкости топлив, защищаемых противомикробными присадками») hazırlanmış üsula görə tərkibində (5-7):1 nisbətində su olan yanacaq nümunəsində xüsusi hazırlanmış kultur əkilir, nümunələr bir neçə sutka ərzində 28-30°С-də statik şəraitdə və ya laboratoriya çalxalayıcısında saxlanılır. Sonra diametri 0,5 мкм-dən kiçik olan membranlı filtrdən keçirilir. Biokütlə artmayıbsa, deməli, yanacaq bu mikroorqanizmlərə qarşı davamlıdır. Biokütlənin artımı 1l-ə 0,7q-dan azdırsa yanacaq cüzi zədələnmiş, 0,7 q-dan çoxdursa yanacaq intensiv zədələnmiş hesab olunur.

Bakteriya artımının məhv edilmə faizi hesablana bilər. Bunun üçün tədqiq olunan nümunələrin vəziyyəti 5 ballıq sistemlə qiymətləndirilir, bütün nümunələr üzrə ballar toplanır və kontrol nümunə (aşqarsız yanacaq) 100 % qəbul olunur. Hazırda Rusiyada JP-385/88 (Сэйболт) üsulundan istifadə olunur. Bu üsula görə nümunə 3 sutka ərzində 25°С-də xüsusi qidalı mühitdə saxlandıqdan sonra filtrin səthində olan koloniyaların sayı (K) müəyyənləşdirilir. Onların sayı 500-dən azdırsa yanacaq az çirklənmiş hesab olunur və uzun müddət saxlanıla bilər. Əgər K 500-10000-dirsə yanacaq orta səviyyədə çirklənmiş (onu 3 aydan çox saxlamaq olmaz), К > 10000 olan halda yanacaq zədələnmiş hesab olunur. Bu halda nümunəni 2-3 həftə də saxladıqdan sonra yenə çirklənməni yoxlamaq lazımdır. К azalmasa, yanacağa aşqar qatmaq lazımdır.

Çeşid[redaktə | mənbəni redaktə et]

Yanacaqlara biosid aşqarlar sırasında ikisini qeyd etmək olar: suda həll olan Фогуцид və yanacaqda həll olan АИД-9-12.

  • Фогуцид (ТУ 10-09-41-90) Rusiyada Pokrovskiy adına Biopreparatlar Zavodunda istehsal edilir. Aşqar dizel yanacaqlarında tətbiq olunur.
  • АИД-9-12 aşqarının əsasını imidazolinlər təşkil edir. 0,005% qatılıqda Т-б yanacağınnın mikroorqanizmlərdən tam müdafiəsini təmin edir. Dizel yanacağına 0,03 % qatılıqda əlavə olunur. Bu aşqarın çatışmayan cəhəti onun 3 həftədən artıq saxlandıqda onda çöküntünün əmələ gəlməsidir.

Bundan əlavə tetraetilqurğuşun, barium-saxlayan tüstüyə qarşı aşqarlar bor turşusunun efirləri – etilləşdirilmiş avtomobil benzinlərinə çöküntüyə qarşı aşqarlar da biosid xassə göstərir. Rusiyanın xam neftlərdə istifadə üçün biosid və biostatiklərin yaradılması və tətbiqi sahəsində geniş təcrübəsi var. Onlardan bəziləri yanacaqlarda da istifadə oluna bilər.

Əlavə xassələr[redaktə | mənbəni redaktə et]

İmidazolinlər əsasında biosidlər yanacaqların mühafizə xassələrini və oksidləşmə sabitliyini artırır, lakin qatranların əmələ gəlməsinə səbəb olan fəal komponentlərin sıxlaşmasına mane olmur.

Mənbə[redaktə | mənbəni redaktə et]

А.М.Данилов. Применение присадок в топливах.Санкт-Петербург: Химиздат, 2010