Vətəni Şimali-Qərbi Çin , Mancuriya , Koreya dır. Cənubi və orta Avropa da və bir çox başqa ölkələrdə təbii halda bitir. Hündürlüyü 10–18 m-ə çatan, çoxgövdəli ağacdır. Gövdəsi nazik qırmızımtıl-qəhvəyi qabıqlıdır. Çətiri yumurtavarı, enli və ya ensiz piramida formalıdır. Tumurcuqları növbəli yerləşir, oturaq olub, pulcuqsuzdur. Yarpaqları pulcuqvarı tünd-yaşıldır, qərb tuyasına oxşayır. İynəyarpaqların hər iki tərəfi eyni rəngdədir və əzdikdə qatran iyi verir. Qozaları qısa zoğlar üzərindədir, yuxarıya tərəf yönəlmiş, uzunluğu 10–15 mm olub, uzunsov0oval şəkillidir, üzərində budaqları tam örtən nazik mumabənzər təbəqə olur. Lətlidir, göyümtül-yaşıl rəngdədir, sonralar quruyub bərkiyərək, üzərində göyümtül xalları olan qırmızımtıl və ya qəhvəyi rəng alır, çarpaz qarşı-qarşıya yerləşmiş bərabər olmayan 6-8 pulcuğu vardır. Toxumlarda iki ləpə olur. Kök sistemi yaxşı inkişaf etmiş və ətrafa yayılmışdır, qüvvətli yan kökləri vardır. Torpağa az tələbkar, istisevən, kölgəyə, əhəngli torpaqlara davamlıdır. Azərbaycan da Abşeron yarımadasında, Kür - Araz , Samur - Dəvəçi və Lənkəran ovalığında rast gəlinir. Çin təbabətində toxum nüvəsi sakitləşdirici vasitə kimi bronxitdə və bronxial astmada, efir yağından göbələk xəstəliyinə qarşı, bağırsaq qanaxmasında, dizenteriyada qankəsici vasitə kimi istifadə olunur. Cavan zoğların spirtdə ekstraktı böyrək, qaraciyər xəstəliklərində, revmatizmdə, osteoxondrozda istifadə edilir. Bitki az miqdarda zəhərli olduğundan həkimin nəzarəti altında istifadə etmək lazımdır.
Şərq səlbi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|