Biotibbi elektrodlar

Elektrodlar-dedikdə, dövrəni bioloji sistemə birləşdirən xüsusi formalı keçiricilər nəzərdə tutulur.

Biopotensial qeydedicilər[redaktə | mənbəni redaktə et]

Biopotensialların qeydə alınması texniki prosesdir, diaqnostika üçün çox vacib informasiya daşıyıcısıdır, çünki biopotensial orqanların və toxumaların normal funksional vəziyyətini çox dəqiq əks etdirir. Elektrofizioloji tədqiqatlarda orqanizmdə və ya bioobyektdə baş verən prosesləri xarakterizə edən bioelektrik siqnallarının alınması üçün biotibbi elektrodlardan geniş istifadə olunur. Alınan fizioloji informasiyanın həcmi və dəqiqliyi hiss olunacaq dərəcədə onların düzgün seçilməsi və tətbiqindən asılıdır. Diaqnotika zamanı elektrodlardan həm elektrik siqnallarını ötürmək məqsədilə, həm də xarici elektromaqnit təsirini bioobyektə çatdırmaq məqsədilə istifadə olunur. Elektrodları qızıl (Au), platin (Pt), civə (Hg), gümüş (Ag), paslanmayan polad, iridium xəlitələri və.s - dən hazırlayırlar.

Növləri[redaktə | mənbəni redaktə et]

Elektrik prosesləri haqqında məlumat almaq üçün əsasən iki növ elektroddan istifadə edilir:
−dəriüstü (səthi)-insan orqanizminə daxil edilməyən elektrodlar (qeyri-invaziv elektrodlar);
−dərialtı (iynəli)-insan orqanizminə daxil olan elektrodlar (invaziv üsulda istifadə olunan elektrodlar).

Elektrodların qoşulma sxemləri[redaktə | mənbəni redaktə et]

Elektrodların yerləşməsi nöqteyi nəzərdən əsasən 2 üsuldan istifadə edilir: Birqütblü (unipolyar) üsul- bu üsulda birinci elektrod tədqiq olunan aktiv zonada yerləşir, ikinci elektrod isə bioelektrik aktivliyi sıfra bərabər olan zonada yerləşir. Bəzi hallarda bu elektroda indeferent elektrodu deyilir və adətən bu elektrod tədqiq olunan zonadan nisbətən uzaq məsafədə yerləşir. Misal üçün, elektroensofaloqrafiya üsulunda indeferent elektrodu qulaq və ya burun nöqtəsi ilə birləşir. İkiqütblü (bipolyar) üsul-belə halda elektrodların hər ikisi bioloji toxumanın aktiv hissəsində yerləşir və iki nöqtə arasındakı biopotensiallar fərqini ölçür.

Tətbiq sahələri[redaktə | mənbəni redaktə et]

Tətbiq olunma xüsusiyyətlərinə görə elektrodları 4 qrupa bölmək olar:

  1. qısa müddətli istifadə üçün (xüsusilə funksional diaqnostika problemlərində);
  2. bioelektrik siqnallarının uzun müddətli kəsilmə müşahidəsi üçün (reanimasiya palataları, intensiv terapiya şəraitində, əmək fəaliyyətunun tətbiq olunmasında);
  3. dinamik müşahidələr üçün (fiziki yük şəraitində,idman təbabətində və reablitasiya palatalarında);
  4. təcili yardım şəraitində təcili tətbiq üçün.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. F.İ.Cəfərov. İnsan Fiziologiyası. Bakı, Tibb Universitetinin nəşriyyatı, 2001,-482s.
  2. A.Н.Ремизов. Медицинская и биологическая физика. М.: РЭОТАР, 2012,-648с.
  3. Медицинские приборы (под ред. Камышко И.В.) М.; Медицинская книга, 2004,-720с.
  4. Н.А.Кореневский, Е.П.Попечителев, С.П.Серегин. Медицинcкиe приборы, аппараты, системы и комплексы. Курск, Изд-во КГТУ, 2009,-986с.