Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair.
Məhəmməd Soltanəhməd oğlu | |
---|---|
Məhəmməd Soltanəhməd oğlu | |
Doğum adı | Məhəmməd Soltanəhməd oğlu |
Təxəllüsü | Biqələm |
Doğum tarixi | 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Qızbacı |
Uşaqları | Sərdar, Gəlinxanım, Bacıxanım |
Atası | Soltanəhməd |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Məhəmməd Soltanəhməd oğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir.[1]
Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir.[1]
Ey yar, bu cavan ömrümü neyçin hədər etdin,
Yıxdın məni, biganələri bəxtəvər etdin. Bahar olanda oxurlar çəməndə bülbüllər, Əsər nəsimi-səhər, bir-birinə dəyər güllər. Yarım gedibdi, yaramı gər bağlamaq olar? Ruhum uçubdu, göz yaşımı saxlamaq olar?[2] Fələk cövründən əl çəkməz , nə can təndən kənar olmaz, Yanar duzəxdə nar əhli, mənim tək şöləvar olmaz. Tutub bədbəxtçilik daim mənim çaki qaribanım, Gəlibdir Biqələm təngə, belə bəd ruzigar olmaz. Çək bu qatarı şövqilə Kərbübəla diyarinə, Gedim ziyarət eyləyim bircə Hüseyn məzarinə. Ey nəşi bikəfən,Üryan Hüseyn, Hüseyn. Ey xeyməsi olan,Talan Hüseyn, Hüseyn.[2] |
Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur.
Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.[3]