Bir Müəllimin Manifesti

Bir Müəllimin Manifesti - ADA UniversitetiADA Qazax Mərkəzi tərəfindən Azərbaycanının regionlarında ümumtəhsil müəssisələrində işləyən müəllimlər üçün təklif edilən ixtisasartırma proqramıdır. Proqramın tədrisi Azərbaycanda ADA Qazax MərkəziADA Universitetində, Amerika Birləşmiş Ştatlarında isə ADA Universitetinin Vaşinqton Mərkəzində həyata keçirilir. Proqramın məqsədi nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır.[1]

"Bir Müəllimin Manifesti" proqramının elan olunması[redaktə | mənbəni redaktə et]

11 may 2021-ci ildə ADA Universiteti Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirdi və “Bir Müəllimin Manifesti” təşəbbüsünü təqdim etdi. Tədbirdə Azərbaycanın müxtəlif regionlarından gələn müəllimlər, məktəb direktorları və tanınmış ziyalılar iştirak etdilər. Tədbirdə çıxış edən ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd Qori Seminariyasının Azərbaycan şöbəsi və Qazax Müəllimlər Seminariyasının tarixindən danışdı. Qalib Məmməd ADA Universitetinin ABŞ-dakı Mərkəzinin də “Bir Müəllimin Manifesti” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edəcəyini qeyd etdi. Daha sonra ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirdi ki, ADA Universiteti ölkəmizdə yüksək ixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir Müəllimin Manifesti”ni elan edir. Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri Seminariya binasının bərpası prosesində Cəmiyyətin ADA Universitetinə dəstək olacağını vurğuladı. Yekun sözlə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncamın [2] əhəmiyyətini vurğuladı və bu işə hər cür dəstək göstərəcəyini vəd etdi.[3]

Proqram 2021-ci ildə[redaktə | mənbəni redaktə et]

Proqram iştirakçılarının seçim meyarları[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak edə bilərdilər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət edə bilərdilər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına verildi. İngilis dili bilikləri (ən azı başlanğıc səviyyəsi) arzu olunan idi. Yekun seçim müsahibə əsasında aparıldı.[4]

Proqramın məzmunu[redaktə | mənbəni redaktə et]

Təklif edilən ixtisasartırma proqramı ADA Universiteti tərəfindən Təhsilin idarə edilməsi fakültəsində bir neçə sertifikat proqramı əsasında uğurla sınaqdan keçirildi. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak etdilər. Proqram əyani və distant formatda aparıldı. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (yalnız proqramın tədrisinin ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirildi. Proqramda aşağıda qeyd edilən fənlər tədris olundu:

1. Müasir tədrisin əsasları (əyani və distant);

2. Tədqiqat metodları və tətbiqi tədqiqat (əyani və distant);

3. Müəllim və liderlik (əyani və distant);

4. Akademik yazı (əyani və distant);

5. İngilis dili (distant).

Proqram 2021-ci ildə 20 ucqar rayon məktəblərindən seçilən 24 müəllim və 14 nəfər direktordan ibarət heyətin təşkil etdiyi 38 iştirakçı ilə başladı. İlk olaraq Vaşinqtona 16 nəfərdən ibarət qrup göndərildi.[5] Proqramın digər iştrakçıları aprel-may ayları ərzində Vaşinqonta göndərildi. 18 iyun 2021-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən Proqram iştiakçılarının yekun qiymətləndirilməsi keçirildi.[6]

Proqram 2022-ci ildə[redaktə | mənbəni redaktə et]

Proqram iştirakçılarının seçim meyarları[redaktə | mənbəni redaktə et]

2022-ci ildə bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət edə bilərdilər. Namizədlərin ingilis dili bilikləri orta səviyyədə olmalı idi. İngilis dili biliklərini təsdiq edən minimum "TOEFL" 44-49/ "IELTS" 5/ "Duolingo" 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənəd tələb olunurdu. Namizədlərin ingilis dili səviyyəsi, həmçinin ADA Universitetinin İnglis Dili proqramının keçirdiyi test vasitəsilə də müəyyən edilə bilərdi.[7]

Proqramın məzmunu[redaktə | mənbəni redaktə et]

2022-2023-cü tədris ili üzrə Proqram əyani və distant formatda aparıldı. Əyani formatda proqram ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirildi. Proqramda aşağıda qeyd edilən fənlər tədris olundu:

1. Akademik İngilis dili;

2. Təhsil məqsədləri üçün İngilis dili;

3. Təlim və Tədrisin Təşkili:

  • Müasir Təlim və Tədrisin Əsasları;
  • Təlim və Tədrisin Təşkili.

Proqram 2023-cü ildə[redaktə | mənbəni redaktə et]

Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramına 2023-2024-cü tədris ilində iştirak üçün sənəd qəbulu elan edir. Sənədlər 04 sentyabr 2023-cü il tarixinədək qəbul olundu. “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Dərslər Azərbaycan və ingilis dillərində tədris olunacaqdır. İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada aparılacaqdır.[8]

Proqram iştirakçılarının seçim meyarları[redaktə | mənbəni redaktə et]

2023-cü ildə də, Proqrama Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən və minimum 3 (üç) il fənn sahələrinin tədrisində pedaqoji təcrübəsi olan orta məktəblərin müəllim və direktorları müraciət edə bilərlər. Namizədlərin ingilis dili bilikləri orta səviyyədə olmalıdır. İngilis dili biliklərini təsdiq edən minimum "TOEFL" 44-49/ "IELTS" 5/ "Duolingo" 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənədi təqdim etməlidirlər. Namizədlərin ingilis dili səviyyəsi, həmçinin ADA Universitetinin İnglisi Dili proqramının keçirdiyi test vasitəsilə də müəyyən edilə bilər.

Proqramın məzmunu[redaktə | mənbəni redaktə et]

Aşağıda qeyd olunmuş dərslər cari ilin oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin "Blackboard" öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir:

1. Akademik məqsədlər üçün İngilis dili;

2. Müasir Təlim və Tədrisin Əsasları;

3. Tədris proqramının təşkilində yaradıcı yanaşma;

4. Təhsil layihələrin hazırlanması.

Dərslər oktyabr ayında başlayacaq. Proqramın ABŞ-da keçiriləcək hissəsinin 4-5 həftə müddətinə tamamilə əyani və ingilis dilində 2024-cü ilin fevral - mart ayında keçirilməsi nəzərdə tutulmuşdur (fevral-mart və ya aprel-may). Bu müddət ərzində proqram iştirakçıları yuxarıda qeyd olunan dərslərdən əlavə, ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin, iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini də ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ADA Universitetinin "Bir Müəllimin Manifesti" təşəbbüsü". 2022-08-17 tarixində arxivləşdirilib.
  2. "Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-03-28 tarixində arxivləşdirilib.
  3. ""Bir Müəllimin Manifesti" təşəbbüsü". 2021-05-19 tarixində arxivləşdirilib.
  4. "ADA Universiteti "Bir müəllimin manifesti" təhsil proqramına qəbul elan edir". 2021-09-15 tarixində arxivləşdirilib.
  5. Vəfa Kazdal. ""Bir müəllimin manifesti" Vaşinqtonda". 2022-02-09 tarixində arxivləşdirilib.
  6. ""Bir Müəllimin Manifesti" ixtisasartırma proqramı üzrə yekun qiymətləndirmə keçirildi". 2022-06-27 tarixində arxivləşdirilib.
  7. "ADA Universiteti "Bir Müəllimin Manifesti" təhsil proqramının 2022-2023-cü tədris ilində iştirak üçün qəbul elan edir". 2022-10-02 tarixində arxivləşdirilib.
  8. "ADA Universitetinin Qazax Mərkəzi "Bir Müəllimin Manifesti" ixtisasartırma proqramına 2023-2024-cü tədris ilində iştirak üçün qəbul elan edir". 2023-08-14 tarixində arxivləşdirilib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]