Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bir qadın düşməni — yazıçı, dramaturq Rəşad Nuri Güntəkinin ən çox oxunan romanlarından biridir.
Bir qadın düşməni | |
---|---|
Bir kadın düşmanı | |
Müəllif | Rəşad Nuri Güntəkin |
Janr | Roman |
Orijinalın dili | Türk dili |
Çox xoş və baxımlı, baxımlı olduğu qədər də gözəl hər istədiyini əldə etməyə vərdiş etmiş bir qızın sevgiyə hər zaman yad olan bir adama yaxınlaşmaq istəyi.
Kitab iki hissədən ibarətdir.Birinci hissədə Saranın atasına ve rəfiqəsi Nərminə yazdığı məktublardan,ikinci hissədə isə romanın ikinci baş qəhrəmanı olan Homongolosun ölən dostuna yazmış olduğu məktublardan ibarətdir. Adnan paşanın qızı Sara cox gözəl baxımlı diqqət mərkəzində olmağı sevən 20 yaşlarında bir qızdır. Atasi Adnan paşa Ərzurum paşasıdır.Sara anası ilə İstanbulda yaşayır ,lakin hər il atasının yanına getmək istəyəndə atası Ərzurumda qışın sərt keçdiyini bildirdiyindən atasının yanına gedə bilmir. Sara dayısı qızının toyunda iştirak etmək üçün atasına bir balaca oyun oynayır. Ve nəhayət o dayısıgilə yola düşür.Sara Mərmərənin kiçik kəndinə dayısıgilə gəmi ilə yola çıxır .O, gəmidə özünü boğulurmuş kimi göstərərək zarafat edən Homongolos ləqəbli Ziya adlı bir idmançını tanıyır .Saranın gəlməyi münasibətilə qəsəbədə şənlik düzəldilir gəmidə olanlar da bu şənlikdə iştirak edir,lakin həmin idmançı şənlikdə olmur bunu bilən Sara özünə söz verirki, o həmin idmançını özünə aşiq edəcək.Sara bunu dayısının yoldaşına və qizlarına deyir . Ziya xarakter baxımından kobud olduqca diqqətsiz biri kimi təsvir olunur.Sara çalışır ki, məqsədinə çatmaq üçün əksər vaxtlarda onun yanında olsun ve o artıq anlayırki Homongolos onu istəyir lakin hələ etiraf etməyib. Sonra heç gözlənmədiyi anda Homongolosun ölüm xəbəri gəlir.Homongolos motosiklet qəzasına düşərək dünyasını dəyişir.Sara buna pis olur. Homongolos haqqında həqiqət ölümündən əvvəl onun dostuna yazdığı məktubda aydın olur.Homongolos müharibə zamanı ailəsi tərəfindən internata atıldıqdan sonra onun ağır günləri başlayır və o burada sevgi hissini itirir lakin məktubda artıq Saranı həqiqətən sevdiyini yazır ama Saranın ona qarşı etdiyi oyundan xəbərdar olduğunu da ve məktubdan 7- 8 saat sonra Sara ilə görüşəcəyini de qeyd edir.
Ən daş qəlbli görünən insanların bele daşdan da olsa bir qelbi vardır.İnsanlar bir-birilərini xarici görkəminə görə dəyər verməməlidir.Onların çirkin olması onların mənəviyyatsız olmağı anlamına gətirməməlidir.Və insanın keçmişini bilmədən onu qiymətləndirmək olmaz.