Birinci Qarabağ müharibəsi şəhidləri (Ş)

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Şahbazov Cavanşir Əmir oğlu
əsgər
8 noyabr 1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 41 saylı orta məktəbin 8-ci sinfini 1982-ci ildə bitirdikdən sonra 1985-ci ilə qədər 3 il 77 saylı texniki-peşə məktəbində oxumuş və tornaçı peşəsinə yiyələnmişdir. Cavanşir Şahbazov 1985–1987-ci illərdə sovet ordusu sıralarına çağırılaraq Ukrayna Respublikasında 2 il hərbi xidmət keçdikdən sonra Gəncə şəhərinə qayıtmışdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra Gil-Torpaq İstehsalat Birliyində kükürd sexinə aparatçı vəzifəsinə təyin olunmuşdur. Cavanşir Şahbazov 21 oktyabr 1990-cı ildə ailə qurmuş və 2 qız övladı dünyaya gəlmişdir. Zavodda işləyən zaman 20.08–1993-cü il tarixdə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmışdır. Qəhrəmanımız əvvəlcə Ağdam rayonu ərazisində yerləşən 701 saylı hərbi hissədə xidmət etmiş, sonra 701 saylı hərbi hissənin tərkibində kömək üçün irəliyə doğru gedərək Beyləqan rayonunu xain erməni təcavüzkarlarından müdafiə etmişdir. Cavanşir Şahbazov da həmin hərbi hissənin tərkibində böyük hünər göstərmiş, döyüşlərdə həmişə öndə getmiş və rəhbərlik etdiyi 21 nəfərdən ibarət əsgərlərin taqım komandiri olmuşdur. Şəhidimiz Şahbazov Cavanşir Əmir oğlu 11 dekabr 1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına Şəhid olmuş Gəncə şəhərinə gətirilərək 12 dekabr 1994-cü il tarixdə Şəhidlər Xiyabanında Dəfn olunmuşdur.[1]
  1. Gəncə Şəhidləri. "Şəhidlərimiz — I Qarabağ Müharibəsi". www.gencesehidleri.az. 2023-12-04 tarixində arxivləşdirilib.