Birinci Torun müqaviləsi — 1410-cu ildə baş verən Qrinvald döyüşündə Tevton ordeninin qoşunlarının müttəfiq qoşunları tərəfindən darmadaön edilməsi nəticəsində 1409-1411-ci illərdə baş vermiş Böyük müharibəni yekunlaşdıran və 1 fevral 1411-ci ildə Tevton ordeni ilə Polşa Krallığı və Böyül Litva Knyazlığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsidir.
Sülh müqaviləsi 570x496+45 mm ölçülərində olan perqament üzərində latın dilində yazılmışdır. Böyük Litva knyazı Vitovtun 50 mm diametrində olan möhürü qirmızı mum üzərindədir. Peqamentin 10 vərəqində möhür yoxdur.[1].
- Polşa kpallığı tərəfindən müharibənin gedişində Prussiya torpaqlarında ələ keçirdiyi Tevton ordeninə qaytarılır və Polşa qoşunları da həmin ərazidən çıxarılırdı.
- Döyüşlərdə əsir alınan Tevton ordeninin bütün təbəələri Polşa kralı tərəfindən azad olunurdu.
- Tevton ordeni Polşa kralına üş müddətə külli miqdarda xərac odəməli idi.
- Jematiya Böyük Ltva knyazlığına verilməli, lakin Polşa kralı Vladislavın və Böyük Litva knyazı Aleksandrın (Vitovtun) ölümündən sonra bu ərazi Tevton ordeninə qaytarılmalı idi.[2].
Müttəfiqlərlə döyüşdə Tevton ordeninin ağır itkilərə məruz qaldığı nəzərə alınaraq sülh müqaviləsinin şərtlərində Ordenə xeyli güzəştlər edilmişdir. Buna baxmayaraq Böyük müharibə nəticəsində Tevton ordenin Şərqə doğru yürüşünə son qoyulmuş, orden Pribaltikada başlıca hərbi-siyasi quvvə kimi öz rolunu itirmişdir.
- Biskup M., Labuda G., Dzieje zakonu krzyżackiego w Prusach, Gdańsk 1986;
- Biskup M., Wojny Polski z zakonem krzyżackim (1308-1521), Gdańsk 1993;
- Gąsiorowski A., Formularz dokumentów traktatowych polsko-krzyżackich z XIV-XV w wieku, "Archeion", t. 46, 1978, s. 171-184;
- Krzyżaniakowa J., Kancelaria królewska Władysława Jagiełły, Poznań 1972;
- Kuczyński S. M., Pierwszy pokój toruński (1 lutego 1411), "Zapiski Historyczne", t. 20, 1955, nr 1-4, s. 139-165;
- Kuczyński S. M., Wielka Wojna z zakonem krzyżackim 1409-1411, Warszawa 1980 (wyd. IV);
- Sułkowska-Kurasiowa I., Dokumenty królewskie i ich funkcja w państwie polskim za Andegawenów i pierwszych Jagiellonów 1370-1444, Warszawa 1977.
- Барбашев А. И. Торнский мир (1411 г.) // Журнал Министерства Народнаго Просвещения. — Шестое десятилетие. — CCLXXII. — С-Пб. 1890. С. 80—105.