Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 27 saat əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Birinci dərəcəli «Böyük Pyotr» ordeni Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyası tərəifndən təsis edilib. Ordenin verilməsi barədə qərar akademiyanın rəyasət heyətində çıxarılır.
Ordenin əsasnaməsində yazılıb ki, bu ordenlə hərbi, xidməti və vətəndaş borcunu yerinə yetirərkən fədakarlıq, igidlik, hünər və qəhrəmanlıq göstərən şəxslər təltif olunur. Orden Rusiya dövlətinin möhkəmələnməsində xidmət göstərənlərə verilir.
«Böyük Pyotr» ordeni ilə təltif olunanlar arasında Türkmənistanın birinci prezidenti Saparmurad Niyazov (sağlığında), Qırğızıstan prezidenti Kurmanbek Bakiyev də var.
Nizamnaməsində bildirildiyinə görə, Təhlükəsizlik, Müdaifə və Qanunçuluq Akademiyası elmi fəaliyyətlə məşğul olan ictimai birlikdir. 2000-ci ildə yaradılıb. Rusiyanın əksər vilayətində nümayəndəlikləri var. Akademiyanın prezidenti Viktor Qriqoryeviç Şevçenkodur.