Birinci Göytürk-Sasani müharibəsi — Sasanilər ilə Qərbi Göytürk Xaqanlığı arasında baş vermişdir
Birinci Göytürk-Sasani müharibəsi | |||
---|---|---|---|
Tarix | 588-589 | ||
Yeri | |||
Nəticəsi |
Sasani qələbəsi (Sasanilər türklər tərəfindən alınan torpaqlarını geri qaytardılar.) |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Türklərin yanında başda Ağhunlar olmaq üzrə vassalları da iştirak etmişdir. İki dövlət arasındakı qarşıdurmalar Türklərin İrana basqınlarıyla başlamışdır. Sasani ordusunun uğurlu müdafiəsi nəticəsində Göktürk istilaları dayandırılmışdır.
558 ilində Sasani hökmdarı I.Xosrov Ağhunlara son vermək məqsədiylə Onoxlarla ittifaq etdi. Və qələbə nəticəsində Ceyhun çayının şimalı Türklərin, cənubu isə Sasanilərin idarəsi altına girdi. Buna baxmayaraq Türklər 580-ci illərin başından 588 ilinə qədər İpək Yolu üzərində vassalları Ağhunlarla birlikdə yürüş və talanlar etdilər.
Buna görə Sasanilər məşhur sərkərdə Bəhram Çubinin (Mihranın) başcılığıyla seçmə bir ordunu Şərqə göndərdilər. (Bu sırada Sasani taxtında IV. Hürmüz var). Bəhram Çubin'in ordusu 12.000 nəfərlik seçmə Fars əsgərlərindən ibarət idi.Müttəfiq Türk ordusunun başında Ch'u-lo-hou xaqan var idi.Qanlı döyüşdə 300.000-lik Göytürk ordusu darmadağın edildi.Çu-lu xaqan bir oxla həlak oldu. Farslar türk işgalının qarşısını alıb Bəlx (Bactra) və Herat'ı azad etdilər.Bu məğlubiyyətdən sonra Türklər şimal-şərqə çəkildilər və xeyli müddət bu yerlərdə görünmədilər.