Birjada oyun

Birjada oyun (Gambling) - Birjada əmtəələrin, valyutalarınqiymətli kağızların qiymətlərində (kotirovkalarında) dəyişmə meyillərinin proqnozlaşdırılması hesabına mənfəət əldə edilməsi məqsədilə, eləcə də, müxtəlif əmtəəfond birjalarında kotirovkaların və məzənnələrin fərqi hesabına aparılan möhtəkirlik əməliyyatları. Birjada məzənnənin yüksəldilməsinə görə oyun (bu cür oyunçuları “öküzlər” ad landırırlar) və məzənnənin azaldılmasına görə oyun (bu cür oyunçuları “ayılar” adlandırırlar) fərqləndirilir. Birjada hər bir müştəri öz hesabına, öz riskinə və öz mənafeyi üçün oynayır.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.46